Niko Kovaç: “Sabah”ı təhlil etmişik, qələbə istəyirik
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Almaniyanın "Borussiya" (Dortmund) klubu "Sabah" komandasını təhlil edib. Sport24.az xəbər verir ki, bunu "Borussiya"nın baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
Mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib:
"Bu, mənim artıq Bakıya ikinci gəlişimdir. Azərbaycan çox gözəl ölkədir. "Sabah"ı artıq təhlil etmişik. Rəqib komanda ilə bağlı lazımi məlumatlar bizdə var. Sabahkı görüşdə qələbə qazanmaq istəyirik".
O, sabahkı qarşılaşmada qələbə qazanmaq istədiklərini söyləyib:
"Bizi sabah çətin qarşılaşma gözləyir. Mübariz futbol sərgiləyəcəyik. Mütləq bu görüşdə qələbə qazanmalıyıq. Heyətdə zədəli futbolçular olsa da, matça ciddi hazırlaşmışıq".
N. Kovaç öz komandasını "Sabah"la görüşün aşkar favoriti kimi gördüyünü vurğulayıb:
"Sabah"a hörmətlə yanaşırıq. Amma düşünürəm ki, biz açıq-aşkar favorit sayılırıq. Mənim fikrim belədir. Əgər başqa cür danışsaydım, bu doğru olmazdı. Lakin futbolda bunun özü çox da böyük əhəmiyyət daşımır. Əminəm ki, sabahkı oyunda qələbə qazanmaq üçün kifayət qədər keyfiyyətə sahibik. Sabah meydanda hər şeyi görəcəyik və ümid edirəm ki, sonda qələbəni əldə edə biləcəyik".
Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 19 Oktyabr 2026 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















