Rəqibi yetərincə təhlil etmişik Niko Kovaç
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri "Borussiya Dortmund" klubunun baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçiriləcək "Sabah"la matçdan əvvəl mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycana ikinci dəfə gəlir:
"Azərbaycan gözəl və əyləncəli ölkədir. Burada olmağıma şadam. Rəqibə gəlincə, onları yetərincə təhlil etmişik. Bəzi çatışmazlıqlar var, sabah onları da həll edəcəyik. Sabah nəticə əldə etmək üçün hücumda daha çox oynamağı düşünürük".
Baş məşqçi "Sabah" haqqında xoş fikirlər səsləndirib:
"Rəqibin yeni yaranmasına baxmayaraq, olduqca təhlükəlidirlər. Biz onları ciddiyə almalıyıq. Sabah rəqib üzərində qələbə qazanmalıyıq. "Sabah" oyun stili baxımından bizim komandamıza bənzəyir. Düşünürəm ki, favorit bizik. Komandamız daha keyfiyyətlidir".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 19 Oktyabr 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















