Nikol Kidman 20 illik evliliyindən sonra müğənni Kit Urbandan ayrılıb
Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hollivudun super ulduzu Nikol Kidman əri Kit Urbandan ayrılıb.Bu xəbəri mənbə BBC-yə müsahibəsində təsdiqləyib.
Onların evliliyi təxminən 20 il davam etdi və bu müddət ərzində Kidman və Urbanın iki övladı var: Sandey Rouz, indi 17 yaşında və Feyt Margaret, 14 yaşında.
Dünyanın ən məşhur aktrisalarından biri və “Oskar” mükafatı laureatı olan Kidman 2006-cı ildə dörd dəfə “Qremmi” mükafatı almış kantri müğənnisi Urbanla evlənib.
TMZ cütlüyün ayrıldıqları barədə ilk məlumat verib: nəşrin mənbələrinə görə, Kidman və Urban bu yaydan ayrı yaşayırlar; aktrisa boşanmağa qarşı çıxıb. BBC mənbəsi bu məlumatı təsdiqləyib.
Kidman və Urbanın ayrılmasının səbəbləri ictimaiyyətə məlum deyil.
Urbanla evlənməzdən əvvəl Kidman aktyor Tom Kruzla 10 ildən çox evli olub, onunla da iki övladı var. Onlar 2001-ci ildə boşanıblar.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 30 Sentyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















