Nikol Kidman və Kit Urbanın ayrılığı ilə bağlı yeni detallar açıqlandı
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Hollivud aktrisası və "Oskar” mükafatının laureatı Nikol Kidman bir neçə ay ərzində musiqiçi həyat yoldaşı Kit Urban ilə ayrıldığını qəsdən gizlədib. Məqsəd ailəsini qorumaq və ictimai diqqətdən yayınmaq olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Radar Online" cütlüyə yaxın mənbələrə istinadən yazır.
Mənbənin sözlərinə görə, 58 yaşlı Kidman təxminən 19 il davam edən evliliklərinin tədricən sona çatdığı dövrdə maksimum məxfilik saxlamaqda israrlı olub. Aktrisa mediada ayrılıqla bağlı ilk xəbərlər yayımlandıqdan sonra "barışmaz fikir ayrılıqları” səbəbilə boşanma üçün rəsmi müraciət edib.
2006-cı ildə evlənən və 17 yaşlı Sandei Rouz ilə 14 yaşlı Feyt Marqaret adlı iki qız övladı böyüdən cütlük əslində iyun ayından etibarən ayrı yaşayırmış. Lakin ayrılığı ictimaiyyətə açıqlamaq qərarı təxirə salınıb. Yaxın çevrə problemlərdən xəbərdar olsa da, Kidman emosiyalar sakitləşənə və yekun qərar verənə qədər məlumatın kənara çıxmamasını xahiş edib. Aktrisa son ana qədər evliliyin xilas edilə biləcəyinə inanıb və fasilənin gələcəkləri barədə düşünməyə kömək edəcəyinə ümid edib.
Aktrisa xüsusilə uşaqların rifahına diqqət yetirib. Mənbələrin bildirdiyinə görə, onun əsas prioriteti qızları üçün sabitlik və adi həyat ritmini qorumaq olub. Ayrılıq, cütlüyün iş səbəbilə onsuz da tez-tez ayrı olduğu dövrə təsadüf edib: Urban ABŞ-da qastrollarda olarkən, Kidman Böyük Britaniya və Avropada, o cümlədən Londonda "Praktik sehr 2” filminin çəkilişlərində iştirak edib.
Boşanma xəbərləri rəsmiləşdikdən sonra mediada qalmaqallar və xəyanətlə bağlı şayiələr yayılsa da, mənbələr bunu təkzib edir. Ayrılığın əsas səbəbi isə tərəflərin zamanla həyat yollarının artıq üst-üstə düşmədiyini dərk etməsi olub.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 30 Dekabr 2025 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















