Icma.az
close
up
RU
Nikol Paşinyan haqda maraqlı məlumatlar Əsgərlikdən yayınıb, universitetdən qovulub, arvadı ilə...

Nikol Paşinyan haqda maraqlı məlumatlar Əsgərlikdən yayınıb, universitetdən qovulub, arvadı ilə...

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Paşinyan jurnalist Anna Akopyanla evlidir. Onların üç qızı və bir oğlu var. 2012-ci ildən “Haykakan Jamanak”ın baş redaktoru kimi çalışan Akopyan Paşinyanla rəsmi nikahda deyil, onların kilsə mərasimi üzərindən də evliliyi yoxdur. Paşinyan nə vaxtsa bir gün erməni Apostol Kilsəsində evlənə biləcəklərinə ümid etdiyini bildirmişdi. Hazırda kilsə ilə münaqişədə olan Paşinyanın bu arzusunun baş tutacağı daha az ehtimal olunur. 

Onların oğlu Aşot könüllü olaraq 2018- 2020-ci illərdə, hətta müharibə zamanı Qarabağda xidmət edib. (Bizim məmurlar da oğullarını müharibədən yayındırmaq üçün min oyundan çıxırdılar)

Paşinyan köhnə müsahiblərinin birində bildirib ki, o və ailəsi Erməni Apostol Kilsəsinin tərəfdarıdır: “Müqəddəs Eçmiədzini vaxtaşırı ziyarət etmək lazımdır. Ora həm də keçmiş və gələcək haqqında düşünmək üçün ən münasib yerdir”. Təbii ki, indi o, Müqəddəs Eçmiədzin haqqında tamam fərqli fikirdədir…

Orasını da xatırladım ki, Nikol Paşinyan 2021-ci ildə Ermənistanda keçiriləcək parlament seçkiləri üçün təbliğat apararkən, oğlu Aşotu Azərbaycanda saxlanılan bütün erməni əsirləri ilə dəyişmək təklifini irəli sürmüşdü…

Emil Sanamyan yazıb ki, inqilab Paşinyanın “tənha Don Kixotdan Ermənistanı korrupsioner rejimdən “xilas etməyi” bacaran cəngavər Santaya çevrildi”…

Nikol Paşinyan 1 iyun 1975-ci ildə Tavuş vilayətinin şimal-şərqindəki İcevan şəhərində anadan olub. Paşinyanın atası Vova Paşinyan (1940–2020) futbol və voleybol üzrə məşqçisi olub və bədən tərbiyəsi müəllimi kimi çalışıb. Paşinyanın cəmi 12 yaşı olanda anası Svetlana vəfat edib və o, ögey anası Yerjanik tərəfindən böyüdülüb.

Maraqlıdır ki, o, Ermənistan Ordusunda xidmət etməyib, çünki ondan əvvəl iki böyük qardaşı xidmətdə olub və qanunla o, xidmət etməyə borclu deyildi. Paşinyan 1991-1995-ci illərdə İrəvan Dövlət Universitetində (YDU) jurnalistika təhsili alıb. Onu təhsilini başa vurmadan universitetdən xaric ediblər. Paşinyan siyasi fəaliyyətinə görə universitetdən qovulduğunu iddia edib. Yerevan Dövlət Universiteti isə Paşinyanın dərsə gəlmədiyi üçün ali məktəbdən xaric edilməsi barədə bəyanat yayıb. 2015-ci ildə verdiyi müsahibədə Paşinyan bildirib ki, özünü daha çox jurnalist hesab edir, çünki jurnalistika onu siyasətə gətirib…

Hazırda Nikol Paşinyan Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qaregin (1951) ilə qırğındadır. Baş nazir II Qaregini uşaq sahibi olmaqda suçlayıb. Qriqoryan kilsəsi isə dini adamlarına evlənməyi qəti qadağan edib. II Qareginin reputasiyası heç əvvəl də o qədər ürəkaçan olmayıb.

Xatırladım ki, II Qaregin 1999-cu ildə İ Qaraginin (1994–1999) yerinə Erməni Qriqoryan Kilsəsinin rəhbəri seçilib.

Elbəyi Həsənli. Sürix

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 İyun 2025 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri