Icma.az
close
up
RU
Nikotin at, getsin!..

Nikotin at, getsin!..

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 31 may, AZƏRTAC

"Siqaret çəkmək sizin səhhətinizə ziyan vurur". Bər-bəzəkli qutuların üzərində yazılmış xəbərdarlıqlara baxmayaraq, acı tütün tüstüsünü ciyərlərinə sümürənlər bu xoşagəlməz bəladan qurtula bilmirlər. Narkomaniya və alkoqol kimi, siqaret də zərərli vərdiş olaraq çoxlarını öz girdabına salaraq ciddi sağlamlıq problemlərinə səbəb olur.

Bu il 31 May - Ümumdünya Tütünlə Mübarizə Gününün mövzusu “Manipulyatorların hiylələrinə uymayaq” adlanır. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin elmi-təcrübi tədris mütəxəssisi, ictimai səhiyyə mütəxəssisi Şəhla Mirzəzadə Ümumdünya Tütünlə Mübarizə Günü ilə əlqədar AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Tütün sənayesi illərdir reklam və manipulyasiya vasitəsilə insanlara siqareti “zövq”, “azadlıq”, “modern olmaq” simvolu kimi təqdim edir. Halbuki həmin məhsullar insan sağlamlığının ən təhlükəli düşmənidir. “Manipulyatorlar” dedikdə burada həm reklamçılar, həm də tütün sənayesinin lobbiçiləri nəzərdə tutulur. Onların məqsədi aludəçilik yaratmaqdan və müştərini uzunmüddətli istehlakçıya çevirməkdən ibarətdir.

Siqaret tüstüsünün tərkibində nikotin, qatran və digər zərərli qazlar, həmçinin qatranın tərkibində 4 minə qədər kimyəvi maddə var və onlardan çoxu toksikidir. Siqaretin insan sağlamlığına vurduğu zərərlər artıq hər kəsə məlum olsa da, müasir tədqiqatlarda tütün çəkmənin psixi sağlamlığa təsiri daha geniş şəkildə araşdırılır. Tədqiqatlar bir daha təsdiq edir ki, siqaret çəkmək psixi xəstəliklərə, məsələn, depressiya, demensiya kimi ciddi pozuntulara aparıb çıxarır. Həmin risk siqaret çəkməyənlərlə müqayisədə iki dəfəyə qədər çoxdur. Təəssüf ki, yanlış inanclar da var. Məsələn, siqaretin emosional gərginliyi azaltması barədə uydurma tamamilə əsassızdır. Əksinə, siqaret çəkənlərdə narahatlıq və stress daha yüksək səviyyədə müşahidə edilir. Siqaretin guya arıqlamağa kömək etməsi barədə yayılanlar da həqiqəti əks etdirmir. Məsələ ondadır ki, siqaret arıqlamağa kömək göstərmir, yalnız aclıq hissini azaldır. Bununla belə, tütün məmulatlarının uzun müddət istifadəsi maddələr mübadiləsinin pozulmasına və nəticədə piylənməyə səbəb ola bilər. Araşdırmalar göstərir ki, siqaretdən imtina etdikdən sonra ilk 6-12 ay ərzində çəki artımı 4,5 kiloqram təşkil edir. Əslində bu, siqaretdən imtina ilə deyil, qeyri-sağlam həyat tərzi ilə əlaqədardır.

Tütün tüstüsü təkcə ağciyərləri deyil, bütün orqan və sistemlərin sağlamlığını da zədələyir. Məsələn, siqaret saç tökülməsi, dırnaq və dişlərin saralması, dəridə qırışların yaranması kimi vizual dəyişikliklərə səbəb olur. Daha ciddi təsir isə daxili orqanlara yönəlir – ürək-damar xəstəlikləri, xərçəng, yüksək təzyiq, infarkt və insult riski ciddi şəkildə artır.

Şəhla Mirzəzadə elektron siqaretlər barədə deyib: “Elektron siqaretlər ilk baxışda “təmiz”, “daha az zərərli” görünə bilər. Lakin aparılan elmi tədqiqatlar göstərir ki, həmin məhsulların tərkibində sağlamlığa ciddi zərər vuran maddələr var. Elektron siqaretlərin zərərlərindən biri onun batareyası ilə bağlıdır. Elektron siqaret batareyaları litium-ion batareyaları ilə işləyir və elektron siqaret cihazının enerji mənbəyidir. Bu baxımdan batareya həddindən artıq qızarsa və ya qısa qapanarsa, partlayış riski ola bilər. Elektron siqaret batareyası nikotin tərkibli mayeni qızdırır və onu buxara çevirir. Buxar nikotin qəbuluna səbəb olur və potensial zərərli maddəni bədənə aparır. Veyp istifadə edən yeniyetmələr arasında son dövrlərdə “popkorn" xəstəliyinin yayılması da ciddi narahatlıq yaradır. Bu, veypin tərkibindəki "diasetil" adlı kimyəvi maddə səbəbindən yaranan xəstəlikdir. Xəstəlik veyp istifadə edən yeniyetmələr arasında tənəffüs sistemi ilə bağlı sağlamlıq problemlərinə səbəb olur”.

Xəstəliyin niyə "popkorn" adlandırılması ilə bağlı məlumat verən mütəxəssis bildirib: “Məsələ burasındadır ki, xəstəliyin təsiri ilə ağciyərlərdən gələn səs popkorn xırıltısını xatırladır. Əslində diasetil maddəsi qida sənayesində ətirləndirici kimi istifadə edilir və təhlükəsiz sayılır. Lakin veyp mayelərinə əlavə olunaraq inhalyasiya edildikdə, yəni nəfəsə çəkildikdə tənəffüs yollarına ciddi zərər vurur. Popkorn xəstəliyi əvvəlcə özünü adi bir respirator infeksiya kimi göstərir, quru öskürək, nəfəs darlığı, döş qəfəsində ağrılar, halsızlıq və bəzən yüksək temperatur ilə müşahidə olunur. Lakin zaman keçdikcə vəziyyət ağırlaşır, ağciyərlərdə geriyədönməz dəyişikliklər baş verir. Məlumat üçün bildirim ki, 39 ölkə veyp istifadəsini tamamilə qadağan edib, 82 ölkədə isə yalnız ciddi tənzimləmələr əsasında onun satışına icazə verilir.

Veyplər qədər təhlükəli olan qəlyanın daha az zərərli sayılması qətiyyən doğru deyil. Bir saat qəlyan çəkilməsi 100-dən çox siqaretə bərabər zərər verə bilər. Bundan başqa, qəlyan çəkilərkən istifadə olunan şlanqlar gigiyenik cəhətdən təhlükəlidir və infeksiyaların yayılmasına səbəb ola bilər. Onun tərkibindəki karbon monoksid və ağır metallar ağciyər, ürək və qan xəstəlikləri yaradır.

Təəssüf ki, gənclər həmin məhsullara çox vaxt sosial status, dəb və təqlid kimi baxır, halbuki veyp və elektron siqaretlər daxili orqanları zədələyir, ağciyər xərçəngi, infarkt və insult risklərini artırır, genetik zədələnmələrə səbəb olur. Ona görə də gənc və yeniyetmələrin həmin asılılıqdan uzaq olması üçün maarifləndirmə tədbirləri davamlı şəkildə aparılmalıdır.

Hamiləlik dövründə siqaret və elektron siqaret istifadəsi zamanı nikotin dölə keçərək sinir sistemini zədələyir və çox ağır nəticələrə səbəb olur. Nəticədə “dölün tütün sindromu” adlanan ciddi pozuntu meydana çıxır. Bu zaman körpədə yuxu pozuntuları, daimi narahatlıq, qışqırıq səsləri, psixi və zehni inkişaf geriliyi müşahidə olunur. Eyni təsirlər elektron siqaretlərdə də var və hətta bəzi hallarda daha güclüdür”.

Həmsöhbətimiz daha sonra deyib: “Ölkəmizdə bu sahədə davamlı və ardıcıl mübarizə tədbirləri həyata keçirilir, bir sıra vacib addımlar atılır. Məsələn, vizual xəbərdarlıqlar – siqaret qutularında həyəcanverici şəkillər və yazılar, maarifləndirmə kampaniyaları – məktəb və universitetlərdə seminarlar, debatlar, poster yarışları, dəstək proqramları – psixoloji dəstək xətləri, terapiya seansları, nikotin əvəzedici vasitələr, qanunvericilik tədbirləri – ictimai yerlərdə qadağalar, reklamların məhdudlaşdırılması, siqaretin qiymətinin artırılması, motivasiya təşəbbüsləri – “Siqareti burax, həyatını qazan” kimi tədbirlər tütünlə mübarizə sahəsində olduqca əhəmiyyətli rola malikdir. Davamlı və ardıcıl təşkil edilən maarifləndirici tədbirlər tütünlə mübarizədə qalib gəlməyə kömək edə bilər.

Tütünçəkmədən iki üsulla - birbaşa və ya azaldaraq imtina etmək mümkündür. Birbaşa imtina daha səmərəlidir. Lakin yanaşı xəstəlikləri olanlarda ondan həkim nəzarəti ilə azaldaraq imtina edilməsi daha yaxşıdır, çünki əvəzedici terapiya tətbiqi müsbət nəticələrə aparıb çıxara bilər. Digər vacib amil sosial mühitdir. Yəni tütündən imtina dövründə siqaret çəkənlərin əhatəsindən uzaqlaşmaq və passiv tütünçəkməyə məruz qalmamaq olduqca vacib nüansıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 May 2025 07:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see337

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see284

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see282

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see244

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see210

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see210

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see201

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see197

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see195

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see190

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see182

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see178

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see177

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see173

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see164

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see156

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see152

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see149

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri