Icma.az
close
up
RU
Yeni patriarx Gürcüstandakı azərbaycanlılara nə verəcək?

Yeni patriarx Gürcüstandakı azərbaycanlılara nə verəcək?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanın yeni seçilmiş katolikos-patriarxı III Şionun taxtaçıxma mərasimi baş tutub. 

Mərasim Mtsxetadakı Svetitsxoveli kafedralında keçirilib. Təntənəli liturgiya zamanı yeni patriarxa vəzifəsinin simvolları təqdim edilib. Mərasimdə kilsə və hökumət nümayəndələri, o cümlədən hakim "Gürcü Arzusu" Partiyasının qurucusu Bidzina İvanişvili iştirak edib. Qeyd edək ki, III Şio Gürcüstan tarixində 142-ci patriarx olub. Əvvəlki patriarx II İlya martın 17-də 93 yaşında vəfat edib. 

Yeni patriax III Şio əvvəlki patriax II İlyanın yolunu davam etdirəcək, yoxsa fərqli yol tutacaq? Məsələ ilə bağlı həkim-politoloq, Böyük İdeallar Araşdırma Mərkəzinin (BİAM) sədri Zəlimxan Məmmədli “Cebheinfo.az” – a şərhində qeyd edib ki, III Şionun Gürcüstanın yeni patriaxı seçilməsi milli kimlik siyasəti və regiondakı geosiyasi balans baxımından da mühüm hadisədir: 

“İlk öncə cənab III ŞİO-nun  Gürcüstanda dini rəhbər seçilməsi münasibətilə təbrik edirəm. Gürcüstan milli-dini dəyərlər baxımından mühafizəkar dövlətdir. Mühafizəkar III Şionun seçilməsi təkcə dini yox, Gürcüstanın daxili siyasəti, milli kimlik siyasəti və regiondakı geosiyasi balans baxımından da mühüm hadisədir. 

Gürcüstanda yaşayan azərbaycanlılar və ümumilikdə müsəlman icmalar üçün yaxın dövrdə mənfi yönlü dəyişiklik üçün hələlik ciddi əsas görünmür. Əsas məsələ budur ki, Gürcüstanda pravoslav kilsəsi sadəcə dini institut deyil, milli identiklik və dövlətçilik ideologiyasının əsas sütunlarından biridir. 

Bu səbəbdən patriarxın dünyagörüşü etnik və dini azlıqlara münasibətə dolayı təsir göstərə bilir”. Z.Məmmədli əlavə edib ki, II İlya uzun illər ərzində daha balanslı model qurmağa çalışıb: 

“Onun dövründə Gürcüstan kilsəsi zaman-zaman sərt millətçi ritorika nümayiş etdirsə də, dövlət səviyyəsində müsəlmanlara qarşı sistemli qarşıdurma xəttinə keçilmədi. Yeni patriarx III Şio isə daha konservativ və ideoloji baxımdan sərt fiqur kimi tanınır. 

Bütün hallarda Gürcüstan – Azərbaycan münasibətləri üçün üst qatda siyasi institutlar tərəfindən balanslaşdırılırılma davamlı olsa, burada dini cərayanın daha radikal yanaşması mümkünsüz olur. Bu səbəbdən mümkün risk hər zaman müşahidə etdiyimiz daha çox “yumşaq təzyiq” formasında ola bilər”. 

Z.Məmmədlinin sözlərinə görə, III Şionun Rusiya agenturasına yaxın olması ilə bağlı iddialar səsləndirilsə də, bu iddiaları təsdiqləyən hüquqi sübutlar yoxdur. “Onun Moskva İlahiyyat Akademiyasında təhsil alması, Rus Pravoslav Kilsəsi ilə yaxın münasibətlərə açıqlığı, Gürcüstanın hakim dairələrinə yaxın fiqur kimi görülməsi bu cür iddiaların ortaya çıxmasına səbəb ola bilər. 

Agent iddiasını təsdiqləyən açıq hüquqi sübutlar yoxdur. Şio III Rus pravoslav-mühafizəkar xəttinə ideoloji simpatiyası olan fiqur təsiri bağışlayır. 

Bunlara baxmayaraq, hesab edirəm ki, dövlətlərarası münasibətlər böyük ehtimalla qorunacaq və bəzilərinin iddialarına rəğmən soydaşlarımızın dini inancı və milli kimlik məsələsinə problem yaranmayacaqdır. 

Azərbaycan daha çox soydaşlarımızın təhsil səviyyəsinin yüksəlməsiə əlahiddə diqqət ayırsa, onların tamhüquqlu vətəndaş kimi var olmaları və inkişaflarına böyük töhvə verər”. Qeyd edək ki, Mitropolit Şionun (Elizbar Muciri) 57 yaşı var. 

O, dini təhsilini Batumi İlahiyyat Seminariyasında alıb. Muciri sonra təhsilini Moskva İlahiyyat Akademiyasında və Müqəddəs Tixon İlahiyyat İnstitutunda davam etdirib. 

2003-cü ildən bəri o, Senaki və Çxorotsku yeparxiyasına rəhbərlik edir. O, 2017-ci ildə II İlyanın qərarı ilə Gürcüstan Pravoslav Kilsəsinin patriarxal taxtının primatı təyin edilib. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 May 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri