Nine Senses incəsənət mərkəzində Qobustan petroqliflərinə həsr olunmuş sərgi keçirilir
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Nine Senses" incəsənət mərkəzində qədim Qobustan petroqliflərinə həsr olunmuş sərgi keçirilir.
Oxu.Az xəbər verir ki, sərgi insanın və sənətin mənşəyinin öyrənilməsinə incəsənət və elmi-mənəvi yanaşmaları özündə birləşdirir və insan təbiətinin dərin tərəfləri haqqında düşünməyə çağırır.
Sərgidə beş işıqlı mandalanın - rəssamın əsərlərinin elementləri ilə birləşməklə qədim simvolların müasir interpretasiyalarının yaradılması üçün əsas olan Qobustanın beş petroqlifi təqdim olunur.
Sərgi, həmçinin, tarixçilərin, diyarşünasların və antropoloqların iştirak etdikləri "Qobustan kodu" dəyirmi masası, fotoqraf və rejissor İlkin Zəfərlinin "Qobustan - 3029" bədii dioramasını əhatə edən paralel proqramlarla, eləcə də uşaq əl işlərinin sərgilərindən, mühazirələrdən və ustad dərslərindən ibarət "Qobustan uşaqların gözü ilə" layihəsi ilə müşayiət olunur.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 09 Noyabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















