Nine Senses İncəsənət Mərkəzində “Qobustan bəşəriyyətin sirri” mövzusunda tədbir təşkil olunacaq AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 15-də “Nine Senses” İncəsənət Mərkəzində "Qobustan kodları" sərgisi çərçivəsində Qobustan fenomeninin tədqiqatına həsr olunmuş dəyirmi masa keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə arxeologiya, incəsənətşünaslıq, ekologiya və tarix sahəsində aparıcı mütəxəssislər bir araya gələrək, Qobustanın müqəddəs irsi ilə bağlı fikirlərini bölüşəcəklər.
Tədbirdə “Qobustan kodu”, “Üç ölçülü sirlər: Qobustan qayalarında gizli hekayələrin açılması”, Azərbaycanın qədim sivilizasiyalarını mifologiya və sakral dünyagörüşü prizmasından tədqiq etdiyi “Paralel təkamül”, “Qobustanın türk mədəni irsi”, “Şamanlıq, zərdüştlük, sufilik və Qobustanın dünya sivilizasiyaları ilə əlaqəsi” mövzularında çıxışlar dinləniləcək.
Həmçinin, dəyirmi masada Qobustanın arxeoloji tapıntıları və onların tarixi əhəmiyyəti, regionun qədim sakinlərinin kosmoloji təlimləri və simvolların alternativ şərhləri kimi əsas məqamlara toxunulacaq.
Eyni zamanda, tədbirdə fotoqraf və rejissor İlkin Zəfərlinin yaratdığı "Qobustan-3029" adlı bədii dioramanın təqdimatı olacaq. Qonaqlar rejissor Toğrul Avşarın Qobustanda çəkilmiş, Azərbaycanın sakral məkanına həsr olunmuş filmi də izləyə biləcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 11 Dekabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















