Niyazi Bayramov körpələr evinin açılış mərasimində FOTOLAR
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 nömrəli körpələr evi–uşaq bağçasının açılış mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, həmçinin İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Şəhər rəhbərinə bildirilib ki, müəssisənin ümumi sahəsi 3313,75 kvadratmetrdir. Bağçanın geniş və abadlaşdırılmış həyətyanı sahəsi mövcuddur. Burada uşaqların asudə vaxtlarının səmərəli təşkili, fiziki inkişafının təmin edilməsi və istirahətlərinin təşkili məqsədilə oyun meydançası və istirahət guşələri yaradılıb. O da qeyd olunub ki, məktəbəqədər təhsil müəssisəsi 5 qrupdan ibarət olmaqla 90 uşaq üçün nəzərdə tutulub. Bağçada 30 nəfərlik heyət fəaliyyət göstərir. Müəssisədə qruplar müasir tələblərə uyğun təchiz olunub, uşaqların hərtərəfli inkişafı, ilkin təlim-tərbiyəsinin təşkili, sağlam və təhlükəsiz mühitdə böyüməsi üçün zəruri şərait yaradılıb.
Niyazi Bayramov məktəbəqədər təhsil müəssisələrinin uşaqların inkişafında mühüm rol oynadığını vurğulayaraq, yeni istifadəyə verilən bağçanın körpələrin keyfiyyətli təhsil və qayğı ilə əhatə olunmasına mühüm töhfə verəcəyini bildirib.
Daha sonra tədbir iştirakçıları bağçada yaradılan şəraitlə tanış olublar. Həmçinin uşaqların təqdim etdikləri rəqs çıxışlarını izləyiblər.
Sonda xatirə şəkli çəkdirilib.
Baxış sayı:85
Bu xəbər 08 May 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















