Niyazinin mənzil muzeyində “Şən bahar” adlı musiqili tamaşa nümayiş olunub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 aprel, AZƏRTAC
Niyazinin mənzil-muzeyində Beynəlxalq ev-muzeyləri günü münasibətilə “Şən bahar” adlı musiqili tamaşa nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, muzeyin şöbə müdiri Xanım Abdinova gənc istedadlara uğurlu çıxışlar arzu edib.
Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdlərinin iştirakı ilə keçirilən proqramda Üzeyir Hacıbəyli, Əşrəf Abbasov və Sevinc İbrahimovanın uşaq mahnıları, Cəlal Abbasovun “Şən bahar” musiqi səhnəcikləri böyük maraqla qarşılanıb. Musiqili tamaşanın bədii rəhbəri məktəbin müəllimi, musiqişünas Sevinc İbrahimovadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 07 Aprel 2025 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















