Niyazinin Mənzil Muzeyində “Xoşbəxt olsun uşaqlar” adlı konsert keçirilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət məktəbi şagirdlərinin 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Xoşbəxt olsun uşaqlar” adlı konserti keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, konsertdə məktəbin şagirdlərinin, rəqs və xor kollektivinin ifalarında rəngarəng musiqi proqramı təqdim olunub.
Sonda muzeyin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov və Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət məktəbinin direktoru Anar Əlizadə şagirdlərə uğurlar arzulayıblar.
Tədbirdən sonra iştirakçılara maestro Niyazinin həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 30 May 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















