Icma.az
close
up
RU
Niyə abituriyent gedib ərizə yazmalıdır? DİM ə ETİRAZ

Niyə abituriyent gedib ərizə yazmalıdır? DİM ə ETİRAZ

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"17 aprel-1 may tarixləri arasında abituriyentlərin blok imtahanına qeydiyyatı davam edir. Bu ərəfədə cari ilin 11-ci sinif şagirdləri ilə yanaşı, əvvəlki ilin məzunları da qeydiyyatdan keçib, blok imtahanında iştirak etmək istəyirlər. Əvvəlki illərin məzunlarında belə bir problemlə qarşılaşdıq ki, abituriyent əgər 1-ci mərhələnin imtahanında iştirak etmirsə, o abituriyentin blok imtahanı üçün elektron ərizə müraciəti qəbul olunmur".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev abituriyentlərin elektron ərizə qəbulu zamanı yaşadığı problemdən danışarkən bildirdi.

Onun sözlərinə görə, şəxs elektron ərizəni təqdim edə bilmir ki, blok imtahanında iştirak etmək istədiyini bildirsin:

"Şəxsin blok imtahanında iştirakı məhdudlaşdırılır. Bu doğru deyil. Bu, bütün abituriyentlərə aid deyil. Hal-hazırda mən hardasa 10-a yaxın abituriyentin eyni vəziyyətdə müraciət etdiyini və sistemlərinə girdiyim təqdirdə həqiqətən də keçənilki buraxılış balı olduğu halda, bu il blok imtahanına girişi məhdudlaşdırılıb. Səbəb də hal-hazırkı cari ilin qəbul proqramında buraxılış imtahanında iştirak etməməsi göstərilir. Bu abituriyentləri Dövlət İmtahan Mərkəzinə yönləndiririk, gedib orada ərizə yazırlar. Daha sonra elektron ərizə açılır və blok imtahanına qeydiyyatdan keçə bilirlər.

DİM abituriyentlərə buraxılış imtahanının 2 il müddətində keçərli olması hüququ verir. Keçən ilin məzunu buraxılış imtahanında keçən il iştirak etmişsə, o abituriyentin buraxılış nəticəsi bu il üçün də keçərlidir".

Ekspert qeyd etdi ki, abituriyent imtahanın 1-ci mərhələsində iştirak etmək istəmirsə, ödəniş etmək istəmirsə, ola bilər ki, yaxşı bal toplayıb, bu zaman DİM onun blok imtahanında iştirakını məhdudlaşdırmamalıdır.

"Məhdudlaşdırılma əsaslı olsaydı, DİM o abituriyentlərə müəyyən güzəşt edib, yenidən blok imtahanına iştirakı açmazdı. Demək, burada hansısa xəta, qeyri-professional yanaşma var. DİM bunu tənzimləməlidir. Niyə abituriyent gedib ərizə yazmalıdır? Ondan sonra abituriyentin blok imtahanına qeydiyyatı aktivləşdirilməlidir. Abituriyent haqsızdırsa, ərizədən sonra qeydiyyatın aktivləşməsi mümkün olmazdı. Əvvəlki illərdə belə hadisə ilə qarşılaşmamışdıq, bu il qarşılaşdıq. Ola bilər, bunun hansısa səbəbi olsun. Ehtimal edirəm ki, bəlkə keçən il hər hansısa ali təhsil müəssisəsinə qəbul olan abituriyentin builki blok imtahanına girişi məhdudlaşdırılsın. Amma belə deyil. Keçən il qəbul olmayan abituriyentlər var ki, onlarda da müəyyən məhdudiyyətlər tətbiq olunub. Hesab edirəm ki, burada sistem xətası var. Hər hansısa məsələyə görə belə bir məhdudiyyət tətbiq olunubsa da, DİM abituriyentləri mütləq öncədən məlumatlandırmalıdır. Abituriyent də məsələni vaxtında həll etsin, qeydiyyat müddətində narahatlıq yaşayıb, stressə düşməsin", - deyə R.Nurəliyev vurğuladı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Aprel 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri