Icma.az
close
up
RU
Niyə elmdən imtina edirik?

Niyə elmdən imtina edirik?

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elmə və alimə dəyər verməyən ölkələr inkişaf edəcəklərinə ümid etməsinlər (Volter).

35 illik tariximiz Volterin haqlı olduğunu sübut etdi. Ölkədə iqtisadi artımın 0-a enməsi neft hasilatının azalması ilə deyil, elmə, təhsilə, insan kapitalına sözdə “hə”, əməldə “yox” deməyimizlə, bu sahələri çox cüzi  maliyyələşdirilməyimizlə əlaqəlidir. 

Qlobal İnnovasiya, patent, startap, universitet reytinqlərində son pillələrdə olmağımız da bu səbəbdəndir. Elmə təhlükə elmə aidiyyatı olmayanların elmə rəhbərlik etməsidir. Onlar əvvəlcə  akademiya sistemini dağıtdılar, amma akademik elmi universitet elminə inteqrasiya edə bilmədilər. İndi də elmlər akademiyasını  regionlara köçürmək (sürgün etmək) istəyirlər. Bu çox absurd ideyadır.

Dünya bilik əsaslı iqtisadiyyat qurarkən, biz uzun illər ərzində tədricın zəiflədilmiş elmə son zərbəni vururuq?  Hətta bəzi akademiklər də bu ideyanı dəstəkləyirlər.

Zatən akademiyanı dağıtmağın  əsas hədəfi də bu idi: AMEA- nın əmlaklarını hansısa oliqarxlar özlləşdirmək istəyirlər.

Elmin inkişafına on illərlə pul yoxdur dedik, amma indi elmin şəhərdən regionlara köçürülməsi və regionlarda yeni binalar, alimlərə evlər tikməyə pul tapılır?

Bəlkə heç alimlərə ev də tikilməyəcək? Bəlkə deyiləcək ki, cüzi maaşınızın yarısını verin, orda kirayədə  yaşayın, ya da işdən çıxın, yerinizə kəndlərdə işsiz qalan fermerləri və sağıcıları elmi işçi kimi işə qəbul edərik?

Ölkədə innovativ iqtisadiyyat qurmaq, rəqəmsal inkişaf etmək istəyiriksə, insan kapitalına dəyər veririksə, regionun lideri olmaq istəyitiksə,  elmə və alimə qarşı belə həqarətli münasibət anlaşılmazdır.

Dünya rəqəmsal elm, platforma elmi, virtual və şəbəkələnmiş  elmi labratoriyalardan danışır, süni intellekti inkişaf etdirir, biz isə elm və təhsilə, alimə süni problemlər yaradırıq. 

Biz maliyyəsizlık  səbəbi ilə elmi 35 il davamlı olaraq çökdürüb, indi də elmi və alimi əyalətə  sürgün edirik?

Bu ideyanın müəllifləri elm və təhsilin milli təhlükəsizliyin və iqtisadi potensialın əsası olduğunu unudublarmı?

Yoxsa, müasir, mürəkkəb dünyada milli təhlükəsizlik məsələləri onları heç narahat etmir?

İlham Əhmədov

Dosent

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 İyul 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri