Icma.az
close
up
RU
Niyə göy qurşağını hər kəs fərqli görür?

Niyə göy qurşağını hər kəs fərqli görür?

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yağışdan sonra səmada görünən göyqurşağı hamıya eyni görünürmüş kimi təsəvvür edilsə də, əslində hər insan fərqli göy qurşağına baxır. Mütəxəssislərin sözlərinə görə, göy qurşağı fiziki obyekt deyil, müşahidəçiyə xas olan optik hadisədir. Bu səbəbdən yan-yana dayanan iki nəfər belə eyni göy qurşağını görmür. Hər bir insanın boyu, baxış bucağı və mövqeyi fərqli olduğundan, gözlərinə çatan işıq şüaları da dəyişir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin fikrincə, göyqurşağı Günəş işığının milyonlarla yağış damcısında sınması və əks olunması nəticəsində yaranır.

Bunun baş verməsi üçün Günəş müşahidəçinin arxasında, yağış isə qarşısında olmalıdır. İşıq yağış damcısına daxil olarkən yavaşlayır və sınır. Müxtəlif rənglər müxtəlif bucaqlarda əyildiyi üçün ağ Günəş işığı rənglərinə ayrılır. Sonra işıq damcının daxilində əks olunaraq yenidən çölə çıxır.

Nəticədə qırmızı rəng təxminən 42 dərəcə, mavi və bənövşəyi isə 40 dərəcə bucaq altında gözə çatır. Məhz buna görə göy qurşağının yuxarı hissəsində qırmızı, aşağı hissəsində isə mavi və bənövşəyi rənglər görünür.

Niyə hər kəs fərqli göyqurşağı görür?

Göyqurşağı müşahidəçinin yerləşdiyi nöqtəyə görə formalaşır. Yanınızda dayanan insanın gözünə çatan işıq şüaları sizinkindən bir qədər fərqli istiqamətdən gəldiyi üçün onun gördüyü göy qurşağı da fərqlənir. Hətta eyni boyda iki nəfər eyni yerdə dayansa belə, Yerin Günəş ətrafında hərəkəti və işığın bucağındakı cüzi dəyişikliklər səbəbindən onların gördüyü mənzərə tamamilə eyni olmur.

İkili göyqurşağı necə əmələ gəlir?

Bəzən səmada iki göyqurşağı görünür. Bu, işığın yağış damcısının daxilində iki dəfə əks olunması nəticəsində yaranır. Belə olduqda ikinci göy qurşağında rənglərin düzülüşü tərsinə olur: qırmızı daxildə, bənövşəyi isə xarici hissədə yerləşir.

İkinci göyqurşağı birincidən daha geniş görünür, lakin işığın intensivliyi az olduğuna görə onu görmək daha çətin olur. Nəzəri cəhətdən üçüncü, dördüncü və hətta beşinci dərəcəli göyqurşaqları da yarana bilər. Ancaq onlar çox zəif olduqları üçün insan gözü ilə seçilməsi demək olar ki, mümkün deyil.

Ölçüsü dəyişirmi?

Alimlər bildirirlər ki, insanlar fərqli göyqurşaqları görsələr də, onların bucaq ölçüsü eyni qalır. Göyqurşağının radiusu təxminən 42 dərəcə, diametri isə 84 dərəcə təşkil edir. Bu xüsusiyyət müşahidəçinin harada dayanmasından asılı olmayaraq dəyişmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 İyun 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri