Icma.az
close
up
RU
Eyni məhsul hər mağazada niyə fərqli qiymətə satılır? AÇIQLAMA

Eyni məhsul hər mağazada niyə fərqli qiymətə satılır? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Marketlərdə eyni məhsulun fərqli qiymətə satılması son illərdə istehlakçıların ən çox diqqət çəkdiyi məsələlərdən biridir. Xüsusilə gündəlik tələbat mallarında yaranan qiymət fərqləri bəzən suallar doğurur və alıcılar arasında müqayisə davranışını artırır. Bu fərqlərin səbəbləri isə yalnız bir amillə deyil, bir neçə iqtisadi və idarəetmə faktorunun birləşməsi ilə izah olunur.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, qiymətlər bazar iqtisadiyyatı şəraitində sərbəstdir və hər bir məhsul müxtəlif marketlərdə fərqli qiymətə satıla bilər:
"Təchizatçılar adətən məhsul üçün müəyyən bir satış qiyməti təklif edirlər, lakin marketlər bu qiymətə öz kommersiya siyasətinə uyğun olaraq dəyişiklik edə bilirlər. Bu prosesə birbaşa müdaxilə edilmir, çünki bazar prinsipləri tələb və təklif əsasında formalaşır. Bununla belə, bəzi məhsullar var ki, onların qiyməti dövlət tərəfindən tənzimlənir. Məsələn, dərman vasitələri üzrə müəyyən qiymət qaydaları tətbiq olunur və bu məhsullar yalnız müəyyən edilmiş hədlər daxilində satıla bilər".
Ekspert deyib ki, marketlərin qiymət siyasətinə təsir edən amillərdən biri də xərclərdir:
"Obyektin icarə haqqı, əməkhaqqı və digər əməliyyat xərcləri fərqli ola bilər. Bəzi marketlər daha az xərc strukturu ilə işlədiyi üçün məhsulları daha ucuz təklif edir və bu yolla müştəri cəlb etməyə çalışır.
Ümumilikdə bu vəziyyət bazar iqtisadiyyatının təbii mexanizmləridir və qiymətlərin dəyişməsi normal hal kimi qəbul edilir",- deyə o qeyd edib.
Eyyub Hüseynovun sözlərinə görə, marketlərin qiymət siyasətinə obyektin yerləşdiyi yerin icarə haqqı, işçilərin əməkhaqqı və digər əməliyyat xərcləri də birbaşa təsir edir. Bəzi marketlər xərclərini minimuma endirərək məhsulu daha ucuz satır və bu yolla daha çox müştəri cəlb etməyə çalışır. Ümumilikdə bu vəziyyət bazar iqtisadiyyatının təbii gedişatı hesab olunur.
Yəni, eyni yağın və ya unun bir marketdə baha, digərində ucuz olması qanunsuzluq deyil. Hər market öz xərclərinə və gəlir hədəfinə uyğun qiymət təyin edir. Yalnız dövlətin qiymətini təyin etdiyi mallarda (məsələn, dərmanlarda) qiymət fərqi ola bilməz.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 May 2026 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri