Icma.az
close
up
RU
Niyə iPhone nin batareyası tez bitir? Bir toxunuşla həll edin

Niyə iPhone nin batareyası tez bitir? Bir toxunuşla həll edin

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Bir çox iPhone istifadəçisi eyni problemlə üzləşir, smartfon səhər saatlarında 100% enerji ilə işə başlayır, lakin günortaya çatmamış batareya kritik səviyyəyə enir. Maraqlısı odur ki, bu problem təkcə köhnə modellərə aid deyil, nisbətən yeni iPhone sahibləri də oxşar şikayətlər edirlər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 2026-cı ildə aparılan iOS gündəlik ayarlarının auditi göstərib ki, sürətli enerji itkisi çox vaxt batareyanın köhnəlməsi ilə deyil, fonda səssiz şəkildə işləyən proseslərlə bağlıdır.

Araşdırma zamanı məlum olub ki, əsas enerji “yeyən” funksiyalardan biri tətbiqlərin fon yenilənməsidir. Ekran sönülü olsa belə, onlarla proqram arxa planda məlumatları sinxronlaşdırır, yeniləmələri yoxlayır və internetə qoşulur.

Mütəxəssislər bildirirlər ki, fon yenilənməsini yalnız Wi-Fi ilə məhdudlaşdırmaq və ya tamamilə söndürmək batareya sərfiyyatını nəzərəçarpacaq dərəcədə azaldır. Test ssenarisində iPhone 15 Pro adətən günortaya yaxın 38-42 faiz enerji ilə qalırdısa, bu ayardan sonra göstərici 55-60 faiz səviyyəsinə yüksəlib.

Batareyaya əlavə yük yaradan digər məqam isə məxfilik ayarlarıdır. İstifadəçilərin çoxunun fərqinə varmadığı analitika xidmətləri, sistem hesabatları və “əhəmiyyətli məkanların izlənməsi” funksiyası daim arxa planda işləyir, vaxtaşırı rabitə və geolokasiya modullarını aktivləşdirir. Bu funksiyaların söndürülməsi telefonun əsas işinə təsir göstərmir, lakin gün ərzində gizli enerji sərfiyyatını azaldır.

Ekspertlər Wi-Fi davranışına da diqqət çəkirlər. iPhone artıq bir şəbəkəyə qoşulu olsa belə, ətrafdakı digər Wi-Fi şəbəkələrini mütəmadi olaraq axtarır. Ayrı-ayrılıqda əhəmiyyətsiz görünsə də, bu proseslər ümumilikdə batareyanın daha tez boşalmasına səbəb olur. Şəbəkə axtarışını tam dayandırmaq üçün Parametrlər --- Wi-Fi bölməsində müvafiq keçiddən istifadə etmək tövsiyə olunur.

Apple isə batareyanın ömrünü uzatmaq üçün “Optimallaşdırılmış enerji yığımı” funksiyasından istifadə etməyi məsləhət görür. Bu funksiya istifadəçinin gündəlik şarj vərdişlərini öyrənir, gecə saatlarında enerjini 80 faiz səviyyəsində saxlayır və telefon istifadə olunmazdan əvvəl 100 faizə qədər doldurur.

Əgər “iPhone”niz günortaya qədər boşalırsa, mütəxəssislər fon yenilənməsini məhdudlaşdırmağı, məxfilik ayarlarını nəzərdən keçirməyi və Wi-Fi qoşulmalarını yoxlamağı tövsiyə edirlər. Sadə dəyişikliklərlə smartfonun bir gün ərzində xeyli daha uzun işləməsi mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Fevral 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri