Telefonun batareyası niyə tez köhnəlir? CAVAB
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Smartfon batareyasının sağlamlığını qorumaq üçün yalnız doldurma dövrlərinin sayına diqqət yetirmək kifayət deyil. Batareyanın ümumi vəziyyəti və tutumu daha vacib göstərici hesab olunur.
Redaktor.az xəbər verir ki "BGR"nin məlumatına görə, batareyanın tutumu 80 faizdən aşağı düşdükdə onun dəyişdirilməsi tövsiyə edilir. Bu həddən sonra batareyanın işləmə müddəti və ümumi performansı zəifləməyə başlayır.
Mütəxəssislərin sözlərinə görə, batareyanın köhnəlməsində doldurma dövrlərinin sayı ilə yanaşı, telefondan necə istifadə edilməsi də mühüm rol oynayır. Telefonun tez-tez qızması və batareyanın tamamilə boşaldılması onun daha sürətlə köhnəlməsinə səbəb ola bilər.
Bu səbəbdən smartfonun batareyasının ömrünü uzatmaq üçün cihazın həddindən artıq qızmasına və batareyanın tam boşalmasına imkan verməmək məsləhətdir.
Aytəkin TOFİQQIZI
Baxış sayı:89
Bu xəbər 10 Avqust 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















