Icma.az
close
up
RU
Niyə itiniz sizi dinləmir və... hər kəsin etdiyi əsas səhvlər

Niyə itiniz sizi dinləmir və... hər kəsin etdiyi əsas səhvlər

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İt sahibləri tez-tez eyni səhvləri edirlər: tərbiyə əvəzinə ərköyünlük, məşq əvəzinə isə sadəcə intuisiya.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu yanaşmanın nəticələri adətən itin “yeniyetməlik dövründə” özünü göstərir – artıq davranışı formalaşdırmaq yox, düzəltmək lazım gəlir.

Səhv №1 – İti insanlaşdırmaq

“İnsanlar itinə 'uşağım' deyirlər, onu həddindən artıq ərköyünləşdirirlər, ona insan emosiyalarını aid edirlər: 'Belə baxır, deməli bədbəxtdir. Gərək ona bir konserv də verim".

Bu yanaşma həm itə, həm də onun sahibiylə olan münasibətə zərər verir. İnsanlar unudurlar ki, it nə insan, nə də oyuncaqdır. Onun təhlükəsizliyi üçün dəqiq sərhədlərə və qaydalara ehtiyacı var.

“Doğru tərbiyədən sonra sizə əmrlər belə lazım olmayacaq. Bir-birinizi baxışlarla, jestlərlə, reaksiyalarla anlayacaqsınız".

Səhv №2 – "Qoy uşaq kimi böyüsün" düşüncəsi

Bir başqa geniş yayılmış səhv – tərbiyəni “sonra üçün” saxlamaqdır. Halbuki it çox tez böyüyür və yeniyetməlik dövründə artıq davranış problemləri formalaşmış ola bilər. İti iki aylığından tərbiyə etmək lazımdır. Üç aylığında gəlibsə – problem deyil, amma dərhal məşqə başlamaq lazımdır. Və həyat boyu gündəlik davranış qaydalarını qorumaq vacibdir.

Təkbaşına yoxsa məşqçi ilə?

Əgər insanın təcrübəsi və anlayışı varsa, iti özü də tərbiyə edə bilər. Amma ehtiyac yaranarsa, mütəxəssisə müraciət etməkdə fayda var.

Loktionov hətta iti almağa qərar verməmişdən öncə mütəxəssisə müraciət etməyi məsləhət görür. Məsələn, bir ailənin balaca uşağı olduğu halda Cənubi Afrika burbulu kimi iri və aqressiv bir cins almaq istəməsini xatırladır. Aleksey isə onlara ailəyə daha uyğun bir cins seçməyə kömək etmişdi.

Təkcə iti deyil, özünü də tərbiyə et

Hər hansı məşq prosesində insanın öz itini başa düşməyi, onunla düzgün ünsiyyət qurmağı öyrənməsi vacibdir. Problem olan yerdə isə – sahibi də tərbiyə olunmalıdır. O həmçinin insanlara hər istəyə görə itlərinə sığal çəkilməsinə icazə verməməyi öyrədir – çünki bu, hər zaman ev heyvanı üçün faydalı olmur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 İyul 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri