Icma.az
close
up
RU
Niyə etibar yox olur? Kişilərin və qadınların etdiyi səhvlər

Niyə etibar yox olur? Kişilərin və qadınların etdiyi səhvlər

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir çox cütlük elə düşünür ki, etibar bir anda yox olur. Psixoloqlar isə bildirir ki, etibar yavaş-yavaş, demək olar ki, hiss olunmadan itir və bir gün insan anlayır ki, münasibətdə boşluq yaranıb.Hər kəs bəzən səhv edir və ilk baxışda bu səhvlər xırda bir detal kimi görünür. Amma məhz həmin “xırda” hesab edilən addımlar zamanla iki insanın arasına çat salır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ailə psixologiyası üzrə mütəxəssislərin fikrincə, etibar bir hadisə ilə deyil, təkrarlanan davranışlarla dağılır. Üstəlik, çox vaxt tərəflər özlərinin qarşı tərəfi incitdiyini belə hiss etmirlər.

Etibarı sarsıdan ən geniş yayılmış səhvlərdən biri yarımçıq danışmaq, hissləri gizlətməkdir. İnsanlar duyğularını açıq ifadə etməkdən çəkinir, narazılıqlarını içində saxlayır və nəticədə əsəb, gərginlik yığılıb qalır.

Psixoloqların sözlərinə görə, gizli incikliklər tədricən məsafəyə çevrilir. Bu hisslər insanın daxilində nə qədər uzun yaşasa, onları dilə gətirmək də bir o qədər çətinləşir.

Kişilər çox vaxt mübahisə yaranmasın deyə danışmaqdan yayınırlar. Qadınlar isə bu susqunluğu laqeydlik kimi qəbul edir. Nəticədə anlaşılmazlıq dərinləşir və etibar zəifləməyə başlayır.

Ekspertlər bildirir ki, dialoqun olmaması etibarın ən böyük düşmənidir. Sözsüz, danışmadan tərəf müqabilinin nə düşündüyünü, nə hiss etdiyini anlamaq mümkün deyil.

Digər geniş yayılmış səhv isə dəyərsizləşdirmədir. Şişirtmə, dram yaratma kimi ifadələr bəzən gözlənildiyindən də ağır təsir edir və insanı içdən yaralayır.

Psixoloqlar izah edir ki, dəyərsizləşdirmə münasibətdə təhlükəsizlik hissini məhv edir. İnsan artıq hisslərini bölüşmək istəmir, çünki yenə lağlağı və ya istehza eşitməkdən qorxur.

Mütəxəssislər həmçinin nəzarətin də böyük rol oynadığını qeyd edirlər. Hər şeyi bilmək, yoxlamaq, daim izləmək istəyi münasibəti sevgi yox, azadlıq uğrunda mübarizəyə çevirir.

Ekspertlərin fikrincə, nəzarət çox vaxt qorxudan doğur. Amma bu qorxu etibarı möhkəmləndirmir, əksinə onu yavaş-yavaş məhv edir.

Cütlüklər bəzən unudurlar ki, etibar kor-koranə inanmaq deyil, sərhədlərə hörmət etməkdir. Bu sərhədlərin pozulması isə insanları bir-birindən uzaqlaşdırır və soyuqluq yaradır.

Psixoloqlar ünsiyyət tərzinə də diqqət yetirməyi tövsiyə edirlər. Bəzən problem deyilən sözlərdə yox, həmin sözlərin hansı tonla deyilməsində olur.

Araşdırmalar göstərir ki, etibarı qorumaq onu sonradan bərpa etməkdən daha asandır. Amma bir çox insan etibar uğrunda mübarizəyə çox gec başlayır.

Ekspertlər əmindir ki, etibar insanların bir-birinə qarşı “müttəfiq” olmağı dayandırdığı yerdə yox olur. Onu geri qaytarmaq isə yalnız dürüstlük və qarşılıqlı hörmət sayəsində mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Fevral 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri