Icma.az
close
up
RU
Sən demə, yuxudan duran kimi çarpayını YIĞMAQ OLMAZ: səbəblər SİZİ ŞOKA SALACAQ

Sən demə, yuxudan duran kimi çarpayını YIĞMAQ OLMAZ: səbəblər SİZİ ŞOKA SALACAQ

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uşaqlıqda bizi tənbeh edirdilər ki, yuxudan duran kimi yerini toplamalısan.

Valideynlər bunu övladına onunla izah edir ki, yatağı toplamaq təmizliyin vacib şərtlərindən biridir və hər kəs öz otağının təmizliyinə fikir verməlidir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, elmi araşdırmalar bu fikri inkar edir. Tədqiqatlar göstərir ki, gigiyenik baxımdan çarpayını səhər tezdən sahmana salmaq doğru deyil. Çünki bu, toz gənələrinin yaranmasına gətirib çıxarır.

Bəs toz gənəsi nədir?


Onlar insan gözünə görünməyən balaca parazitlərdir. Bu ad onlara tozlu və çirkli mühitlərdə yaşadıqları üçün verilib. Ətrafında nə qədər çox toz olarsa, onlar özünü bir o qədər sürətlə çoxalırlar.

Bu parazit evdə olan 150 növ mikroorqanizmlərdən biridir. Gənənin ölçüsü 0.23 mm-ə çatdığı üçün onu yalnız mikroskop altında ayırd etmək olar.

Onlar çox rahat davranırlar: Adamı sancmırlar, qanı sormurlar. Onlar bir çox həşərat növlərindən fərqli olaraq insan dərisinin ölmüş hüceyrələri və kəpəklə qidalanırlar. Bununla belə parazitlər insan orqanizminə ziyan verirlər. Onlar insan tənəffüs orqanlarına düşərək allergik reaksiya doğurur. Elə məhz buna görə də biz səhər yuxudan duranda asqırırıq. Onlar hər kəsə müxtəlif cür təsir göstərir. Bəzilərinin nəfəsinə az miqdarda toz gənələri daxil olur və azca toz qalxan kimi allergiyadan əziyyət çəkir. Başqaları isə hava çox tozlu olanda belə normal nəfəs ala bilir. Lakin bu o demək deyil ki, belə insanların orqanizmi parazitlərin mənfi təsirinə məruz qalmır.

Toz gənələrinin çarpayı ilə nə əlaqəsi var? Və yatağı niyə səhərlər sahmana salmaq lazım deyil?

Toz gənələrinin ən “münbit məskəni” insan yatağıdır: Toz, isti mühit, həmçinin gecələr insan bədəninin ifraz etdiyi tər. Məhz döşəkdə və mələfədə gənələr fəal şəkildə artırlar, yumurta qoyur və yaşayırlar.

Yatağın təmizlənmə müddətindən asılı olaraq yataqda bir qram tozda 50 min parazit yaşaya bilər. Halbuki, normal halda 1 qram tozu 100 parazit təşkil edir.

Orta hesabla isə adi döşəkdə təxminən 1,5 milyondan çox parazit yaşaya bilər.

Əgər biz yatağı yuxudan duran kimi toplayırıqsa, bu zaman gənələrin daha əlverişli şəraitdə yaşamasına və artmasına birbaşa köməklik etmiş oluruq.

İsti və qalın yorğan gecələr döşəyin üstünə hopan bədən tərinin qurumasına imkan vermir. Beləliklə də yorğanın altında əsl istixana yaranır və bu, gənələr üçün ideal yaşayış mühitinə çevrilir.

Məhz buna görə də çarpayını səhər yuxudan oyanan kimi toplamağa dəyməz. Heç olmasa nəmli mələfənin qurumasını gözləmək lazımdır və yalnız bundan sonra yeri toplamaq olar. Daha yaxşı olardı ki, xüsusən də hava soyuqdursa, pəncərəni tez-tez açıb otağın havasını dəyişəsiniz. Çünki, gənələr soyuq havaya çox tab gətirmirlər.

Yatağınızda toz gənələrinin olduğunu necə müəyyənləşdirmək olar?

Döşəkdə belə həşəratların böyük koloniyası olduğunun aşkar əlamətləri mövcuddur. Həmin əlamətlər aşağıdakılardır:

Səbəbsiz yerə, heç bir sancma izi olmadan dəridə qırımızı səpgilərin yaranması gənələrin əlamətləridir.

Yataq otağında çarpayıda uzanmadığınız halda (hətta soyuqdəymə olmadığı halda) siz tez-tez asqırırsınızsa, demək ki, döşəyiniz toz gənələrinin sevdiyi məskənə çevrilib.

Hətta soyuqdəymə kimi xəstəliklər müşahidə olunmadığı halda daim nəfəs problemlərindən əziyyət çəkirsinizsə, otağın havasını tez-tez dəyişin ki, gənələr məhv olsun.

Yataq otağında, xüsusən çarpayıda yatanda gözləriniz tez-tez yaşarırsa və ya qaşınırsa, bunun səbəbi döşəyinizdəki gənələrdir.

Belə vəziyyətdə kömək üçün həkimə müraciət etmək və müalicə almaq lazımdır. İkinci vacib addım yatağın yaxşıca təmizlənməsidir:

Yataq ağlarını tez-tez dəyişin.

Yastıq, yorğan və döşəklərinizi havaya verin.

Mütəmadi olaraq döşəyi təmizləyin. Əgər vaxtınız yoxdursa, döşəyi kimyəvi təmizləməyə verin.

Üçüncüsü isə, yuxarıda dediyimiz ki, çarpayını yuxudan duran kimi dərhal toplamayın! Əgər qonaq gözləmirsinizsə, yatağı bir neçə saat açıq saxlayın!

Yeri gəlmişkən, insanda allergik reaksiyalar yaranmasına da bu gənələr səbəb olur.

Əgər bu problemə diqqət yetirməsəniz, toz ətrafa yayılacaq və bununla da başqalarının da allergiyaya və digər xəstəliklərə yoluxmaq riski artacaq.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri