Icma.az
close
up
RU
Niyə psixopatlar heyvanları sevmir?

Niyə psixopatlar heyvanları sevmir?

Icma.az, Lent az saytına istinadən bildirir.

Hollivud filmlərində tez-tez psixopatların heyvanlara qarşı zorakılıq etdiyini görürük. Məlum olub ki, bu təsvirlər təsadüfi deyil onların elmi əsası var. Serbiyalı tədqiqatçılar müəyyən ediblər ki, psixopatiyaya meyilli insanlar heyvanları insanlar qədər dəyərli hesab etmirlər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlərin sözlərinə görə, impulsivlik və ya yalan danışmağa meyllilik kimi psixopatik xüsusiyyətlərə sahib insanlar çox vaxt heyvanları alçaldır, təhqir edir və onlara qarşı qəddar davranırlar. Tədqiqat həmçinin göstərib ki, heyvanlardan nifrət edən insanlar çox vaxt sadist olurlar, yəni başqalarına əzab verməkdən zövq alırlar. Mütəxəssislər təsdiqləyir: pis niyyətli insanlar heyvanları sevmirlər.

“Heyvanlara qarşı zorakılıq çox vaxt ailə zorakılığı və hətta qətllərlə əlaqələndirilir. Buna görə də heyvanlara qarşı hər hansı aqressiya halları uşaqlarda və böyüklərdə antisosial meyllərin klinik qiymətləndirilməsi üçün mühüm göstərici ola bilər".
“Qaranlıq Triada” və psixoloji əlaqə

Alimlər insanın heyvanlara münasibəti ilə psixologiyada “Qaranlıq Triada” adlanan fenomen arasında əlaqəni öyrəniblər.

“Qaranlıq Triada” üç əsas xüsusiyyətin birləşməsidir

Makyavellizm manipulyasiya, başqalarından sui-istifadə, mənəvi dəyərlərin inkarı, eqoizm və yalançılıq;

Narsissizm özünəpərəstlik, lovğalıq, eqoizm və empatiya çatışmazlığı; Psixopatiya davamlı antisosial davranış, impulsivlik, soyuqqanlılıq və mərhəmətsizlik. Bəzi tədqiqatçılar bu triadaya dördüncü xüsusiyyət kimi sadizmi də əlavə edirlər yəni insanın başqalarına əzab verməkdən və ya onları alçaltmaqdan zövq alması.

Tədqiqatın gedişi və nəticələri

İlk mərhələdə 369 nəfər iştirakçı “Qaranlıq Triada” xüsusiyyətlərini və heyvanlara münasibətini ölçən sorğular cavablandırıb (buraya qida vərdişləri də daxil idi).
Nəticələr göstərib ki, psixopatiya və sadizmin yüksək səviyyəsi “növçülük” (speciesism) adlanan düşüncə tərzi ilə birbaşa əlaqəlidir. Növçülük insanların özlərini digər canlılardan mənəvi baxımdan üstün hesab etməsi inancıdır.

Bu düşüncə tərzi heyvanların hiss və əzab çəkmə qabiliyyətini inkar edir və onların istismarını (məsələn, qida, geyim və ya elmi məqsədlərlə) haqlı göstərir. Həmçinin məlum olub ki, psixopatik və sadist xüsusiyyətlərə malik insanlar heyvanlara kömək etməyə daha az meyllidirlər. Narsissizm bu məsələyə ciddi təsir göstərməsə də, makyavellizm azacıq dərəcədə ət istehlakı ilə əlaqəlidir.

Cəmiyyət və empatiya faktoru

Tədqiqatın müəlliflərindən biri, Marija Brankoviç, bildirib:

“Biz müəyyən etdik ki, ‘Qaranlıq Triada’ xüsusiyyətləri xüsusilə psixopatiya və sadizm heyvan istismarını dəstəkləyən ‘növçülük’lə sıx bağlıdır. Lakin bu münasibətə təsir edən əsas amil ümumi sosial dəyərlərdir".

İkinci mərhələdə, 234 iştirakçı arasında aparılan əlavə tədqiqat da göstərib ki, psixopatik xüsusiyyətləri yüksək olan insanlar sosial iyerarxiyalara inanmağa meyllidirlər. Bu, onların özlərini heyvanlardan üstün hesab etdiyini göstərir. Əksinə, empatiya yəni başqalarını anlama və kömək etmək istəyi növçülük səviyyəsini azaldır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 Oktyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri