Icma.az
close
up
RU
Niyə soğan çürüyür? Evdar qadınların 90 faizinin etdiyi səhv

Niyə soğan çürüyür? Evdar qadınların 90 faizinin etdiyi səhv

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər il minlərlə kiloqram sağlam görkəmli soğan zibilə və ya komposta atılır. Çox vaxt məhsul itkisi saxlanma şəraitinin pisliyində deyil, soğanın zirzəmiyə yığılmasından xeyli əvvəl birbaşa sahədə buraxılan sadə bir səhvdədir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, aqronomların fikrincə, soğanın uzun müddət saxlanmasının əsas düşməni tələskənlikdir.

Soğanı nə vaxt çıxarmaq lazımdır

Əksər bağbanlar payız yağışlarından qorxaraq və ya sahəni tez boşaltmaq istəyərək soğanı tam yetişmədən çıxarırlar. Soğanın yığım üçün hazır olduğunun əsas əlaməti tamamilə yerə sərilmiş, saralmış və qurumuş gövdəsidir.

Soğanın tez çıxarılmasının riskləri

Məhsul vaxtından əvvəl çıxarılanda bu, soğanın saxlanma qabiliyyətinə təsir edir:

Yetkinləşməmiş soğanın boğazı qalın və şirəli olur (yəni lələklə başın birləşdiyi yer). Sağlam, yetişmiş soğanda bu boğaz quruyur, incəlir və başı hermetik bağlayaraq təbii baryer yaradır. Əgər boğaz nəm qalırsa, o, göbələk və bakterial infeksiyalar üçün açıq “qapı” olur.

Ən çox rast gəlinən xəstəlik boğaz çürüməsidir. Yetkinləşməmiş soğan sıx və quru üst pulcuqlar əmələ gətirmir. Halbuki, onlar rütubət və patogenlərə qarşı birinci və ən mühüm müdafiə qatıdır. Onlarsız çürümə prosesi saxlanmadan bir neçə həftə sonra başlaya bilər.
Vaxtından əvvəl çıxarılmış soğan zahirən sağlam görünsə də, hermetik bağlanmayan boğaz infeksiyanın içəriyə daxil olmasına şərait yaradır.

Tələskənlik ən çox rast gəlinən səbəbdir, amma çox gec yığım da risklidir, xüsusilə yağışlı havada. Torpaqda artıq qalmış soğan ikinci dəfə cücərə və ya hələ çıxarılmadan çürüməyə başlaya bilər, bu da xəstəliklərə qarşı həssaslığını artırır.

Soğanı saxlamağa hazırlamaq

Soğanın uzun müddət və itkisiz saxlanması üçün üç mərhələyə mütləq əməl etmək lazımdır:

1. Yığım ərəfəsində təxminən iki həftə əvvəl sulamanı tam dayandırmaq. Bu, qida maddələrinin lələklərdən başa keçməsinə, boğazın qurumasına və üst pulcuqların möhkəmlənməsinə kömək edir.

2. Çıxarışdan sonra yaxşı qurutmaq. Soğan quru havada çıxarılır və gövdə, kökləri ilə birlikdə nazik qatla günəş altında, talvar altında və ya yaxşı havalanan yerdə düzülür.

Qurutma prosesi 10–20 gün davam edir. Məqsəd – boğazın və pulcuqların tam qurumasıdır. Kifayət qədər qurudulmayan soğan məhv olur, çünki rütubət çürümə üçün ideal şəraitdir.

3. Gövdəni yalnız tam quruduqdan sonra kəsmək. Boğaz quru və kövrək olanda onu 3–5 sm uzunluqda qoymaq lazımdır. Nəm halda kəsmək infeksiyanın başın içinə keçməsinə şərait yaradır. Hətta ideal hazırlıqdan sonra da anbar şəraitini qorumaq vacibdir temperatur və rütubət 60–70 faiz civarında olmalı, ehtiyatlar mütəmadi yoxlanmalıdır. Göbələk yoluxmuş bircə çürük soğan bütün məhsulu məhv edə bilər.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Oktyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri