Icma.az
close
up
RU
Niyə vakansiyalarda maaş qeyd edilmir?

Niyə vakansiyalarda maaş qeyd edilmir?

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

İş axtararkən tez-tez rastlaşdığımız hallardan biri də odur ki, vakansiyalarda maaş qeyd edilmir. Bu zaman işaxtaranlar vakansiyanın özlərinə uyğun olub-olmadığını bilmirlər. Maaşı danışmaq üçün mütləq şirkətə getməli olurlar. Bəs bu, nə ilə bağlıdır? Vakansiyalarda niyə maaş qeyd edilmir?

Mövzu ilə bağlı Banco.az-a “HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə açıqlama verib.

"Bu məsələ bir neçə səbəblə bağlıdır. Birincisi, Əmək Məcəlləsi vakansiyalarda əmək haqqının mütləq şəkildə göstərilməsini tələb etmir. Dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı mövcuddur və sistemə daxil edilən məbləğ bu həddən aşağı ola bilməz. Lakin qanunvericilikdə vakansiya elanlarında konkret əmək haqqı məbləğinin və ya aralığının göstərilməsi məcburi tələb kimi nəzərdə tutulmadığı üçün əksər hallarda bu məlumat qeyd edilmir.

Bununla belə, bir ekspert kimi hesab edirəm ki, əmək haqqının (ən azı aralıq şəklində) göstərilməsi məqsədəuyğundur. Bu, həm işəgötürən, həm də namizəd baxımından faydalıdır. Şirkət üçün üstünlük ondadır ki, təklif edilən əmək haqqına uyğun namizədlər müraciət edir və uyğun olmayan gözləntilərlə müraciətlərin sayı azalır. Namizəd üçün isə şəffaflıq təmin olunur. O, hansı əmək haqqı aralığında təklif veriləcəyini əvvəlcədən bilir və nəticədə vaxt itkisi yaşamır", - ekspert qeyd edib.

İ. Mirzəzadənin sözlərinə görə, bəzi hallarda əməkhaqqının müsahibə əsasında müəyyən ediləcəyi qeyd olunur: "Bununla belə, praktiki olaraq hər vakansiyanın müəyyən edilmiş büdcəsi olur və adətən həmin büdcə çərçivəsindən kənara çıxmaq mümkün olmur. Yalnız nadir hallarda, xüsusilə strateji əhəmiyyətli vəzifələr üzrə, daha geniş əmək haqqı imkanları nəzərdən keçirilə bilər.

Nəticə etibarilə, qüvvədə olan Əmək Məcəlləsi bunu imperativ norma kimi tələb etmədiyinə görə, vakansiyada əmək haqqı aralığının göstərilməməsi hazırda hüquq pozuntusu hesab edilmir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://banco.az
archiveBu xəbər 11 Fevral 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see325

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see260

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see226

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see224

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see223

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see192

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see183

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see181

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see181

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see180

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see176

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see176

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see175

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see171

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see170

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see169

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see167

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see163

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see161

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri