Icma.az
close
up
RU
Niyə xoşbəxt deyilik? Necə xoşbəxt ola bilərik? PSİXOLOQUN TÖVSİYƏLƏRİ

Niyə xoşbəxt deyilik? Necə xoşbəxt ola bilərik? PSİXOLOQUN TÖVSİYƏLƏRİ

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Dünyadaki insanları xoşbəxt və bədbəxt deyə iki kateqoriyaya ayırsaq, əksəriyyəti xoşbəxt olmadığını söyləyəcəkdir.

Əgər xoşbəxt deyiliksə, ilk öncə xoşbəxt olmamağımızın səbəblərini bilməliyik. Daha sonra isə xoşbəxt olmaq üçün nələri etməmiz lazım olduğunu düşünməliyik.

Xoşbəxt olmamağımızın səbəblərini belə sıralaya bilərik:

1. Özünəqapanmaqdır. Özünü günahkar sayanlar, bir nöqtəyə ilişib qalanlar, megalomanyaklar (özünü hər kəsdən üstün görən və hər zaman özünü ön plana çıxartmaq istəyən insandır). Bunların xoşbəxtliyə qovuşması üçün tək yolu var. O da ətraf aləm ilə maraqlanmaqdır.

2. Hər şeyi öyrənib bitirmiş və artıq dünyada yaşamağa dəyər, heç bir şeyi qalmadığını düşünmələridir. Bunlarında çıxış yolu içinə qapananlar kimi xarici dünyaya açılmaqdır. Belə insanların bu cür düşünmələrinə səbəb istədiklərini əziyyət çəkmədən asan yolla əldə edə bilmələridir.

3. İnsanlararası rəqabətdir. Kimlərsə buna yaşamaq mübarizəsi adını verir. Əslində isə, yaşamaq üçün deyil, qonşularından daha üstün bir həyata çatmaq üçün mübarizədir. Rəqabət xəstəliyinin aradan qaldırılması sakit həyat tərzini qəbul etməklə mümkündür. İnsan qonşusuna acıq verməklə deyil, sabahki yeməyini tapa bilməklə xoşbəxt olmalıdır.

4. Həyəcan istəyi və cansıxıntısı da xoşbəxt olmamağın səbəblərindəndir. Lakin insanlar anlamalırdırlar ki, bir sıra yaxşı şeylər var ki, mövcud dərəcədə monotonluq olmadan mümküm deyildir.

5. Günah hissi. Günah qorxusunda insanın öz-özünə hörmət nöqsanlığı var. Bunun üçün bir insan məntiqə uyğun olaraq nələrə inanacağına yaxşıca qərarlaşdırmalıdır.

Xoşbəxt olmama səbəblərindən sonra, necə xoşbəxt olarıq sualına gəlincə aşağdakılara nəzər yetirməliyik:

- Xoşbəxtliyin əsas səbəblərindən biri həvəs və xoşlama duyğusudur. Dünyada hər biriylə, ayrı-ayrı maraqlanmağa ömrümüzün yetəcəyi qədər çox şey vardır. Bu qədər bol və çeşidli mövzülar qarşısında içinizə qapanıb, sıxıntıdan partlamaq insanların acizliyindən irəli gəlir.

- Xoşbəxtliyin əsas qaynaqlarından biri də sevgidir. Güvən hissini yaradan qarşılıqlı olaraq sevmək və sevilməkdir. Həyatı güvənlə qarşılayanlar, güvənsizliklə qarşılayanlardan daha çox xoşbəxtdirlər.

- Xoşbəxtliyin böyük mənbələrindən başqası da ailədir. Ana atalarının bir-birilərini, uşaqlarında ana atalarını, ana-atalarının uşaqlarını sevməsi güclü bir xoşbəxtlik yaradar.

- Xoşbəxtlik səbəblərindən biri də işdir. İş kimilər üçün bezdirici olsa belə, bekarlıq ən sıxıcı çalışmaqdan betərdir. Necə olursa olsun, bir şey etmək və qabiliyyətini göstərmək insanı xoşbəxt edər.

Ən əsas da insan o zaman xoşbəxt olar ki, onun istədiyi və əldə etdiyi arasında daim bir tarazlıq olsun.

Reyhan Mirzağayeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 03:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri