Icma.az
close
up
RU
Nizam ilə gedən qoşa durnalar : Quşların maraqlı marşrut xətti

Nizam ilə gedən qoşa durnalar : Quşların maraqlı marşrut xətti

Lent az saytına istinadən Icma.az xəbər verir.

Quşların köçü təbiətin ən heyrətamiz hadisələrindən biridir. Hər il milyardlarla quş planetin bir bölgəsindən digərinə köç edir.

Bəs onlar bu qədər uzaq məsafəni necə azmadan qət edirlər? 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, quşların düzgün köç istiqaməti alimlər tərəfindən müəyyənləşib. 

Quşlar istiqaməti necə müəyyən edir?

Quşlar vizual (görmə) və qoxu siqnallarına əsaslanaraq istiqamətlərini müəyyənləşdirirlər. Artıq köç təcrübəsi olan quşlar çaylar, dağ silsilələri və digər təbii landşaft xüsusiyyətlərini yadda saxlayaraq onları yol nişanı kimi istifadə edirlər. Lakin dəniz və ya okean üzərində uçan quşlar bu vizual ipucularından məhrum olduqları üçün əsasən qoxu duyğusuna əsaslanaraq istiqamət seçirlər.

Quşların günəş və ulduz kompası

Quşlar gündüz vaxtı “günəş kompası”ndan istifadə edirlər. Bu daxili mexanizm günəşin göydəki mövqeyi ilə quşun bioloji saatı arasında əlaqə quraraq doğru istiqaməti müəyyən etməyə kömək edir.

Araşdırmalar göstərib ki, süni işıqlandırma quşların sirkadiyal ritmini pozur və onların istiqaməti düzgün seçməsinə mane olur. Gecə uçan quşlar isə “ulduz kompası” vasitəsilə istiqamət seçirlər. Onlar ulduzların səma qütbü ətrafında yerləşməsinə əsaslanaraq öz yollarını tapırlar. Qütb ulduzu bu baxımdan əsas oriyentirdir.

Quşlar maqnit sahəsini hiss edə bilir 

Əgər hava buludlu olarsa və günəşi ya da ulduzları görmək mümkün deyilsə, quşlar Yer kürəsinin maqnit sahəsindən istifadə edirlər. Bu magnetoresepsiya adlanan hiss insanlarda yoxdur. Alimlər hələ də bu mexanizmin tam necə işlədiyini anlamasalar da, bəzi ehtimallar mövcuddur:

Quşların göz tor qişasında yerləşir və mavi işığın təsiri altında maqnit sahəsinə reaksiya verir. Maqnit sahəsinin gücünü hiss edərək sinir sisteminə ötürür.

Bu iki sistem birgə işləyərək quşların görünməyən şəraitdə belə düzgün istiqaməti seçməsinə imkan yaradır.

Polyarizə olunmuş işıq da istiqamət seçimində rol oynayır

Quşların gözləri polyarizə olunmuş günəş işığını da seçə bilir. Bu xüsusiyyət sayəsində, hətta buludlu havada da günəşin yerini təxmin edə bilirlər. Bu, onlara əlavə vizual dəstək verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 İyun 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri