Icma.az
close
up
RU
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Keniyada səfərdə olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Keniyada səfərdə olub

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Frayberqanın rəhbərlik etdiyi nümayəndə heyəti Keniyanın paytaxtı Nayrobi şəhərinə işgüzar səfər edib.

525.az xəbər verir ki, səfərin əsas məqsədi Mərkəzin Afrikada təmsil olunması və Keniya ilə əməkdaşlığını genişləndirilməsi üzrə gələcək layihələrin müzakirəsi olub.

Səfər çərçivəsində nümayəndə heyəti bir sıra yüksək səviyyəli görüşlər keçirib. Xüsusilə, Keniya Baş Nazirinin Aparat rəhbəri, xarici işlər üzrə Baş Katibi Musalia W. Mudavadi və Keniya Senatının spikeri Amason Jeffah Kingi ilə baş tutan görüşlərdə Afrikanın sosial, siyasi və iqtisadi inkişafı, sülh və təhlükəsizlik, həmçinin münaqişələrin həlli kimi mövzulara həsr olunmuş Ali Səviyyəli toplantının təşkili ideyası irəli sürülüb və ilkin təsdiqini alıb.

Nümayəndə heyəti, həmçinin Keniyanın sabiq Baş naziri və Afrika Birliyinin infrastruktur üzrə Keniya Respublikasının ali nümayəndəsi Raila Odinqa, eləcə də bir qrup Keniya senatorları ilə də ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qlobal çağırışlar fonunda çoxtərəfli əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.

Səfər çərçivəsində, nümayəndə heyəti BMT-nin Baş katibinin köməkçisi və BMT-HABITAT-ın İcraçı direktorunun müavini Mixal Mlinar ilə də görüş keçirib. Görüş zamanı 2026-ci ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna Mərkəzin dəstəyi və gələcəkdə birgə tədbirlər müzakirə olunub.

Qeyd edək ki, nümayəndə heyəti Azərbaycanın Keniyadakı səfirliyinə də səfər edib. Burada Mərkəzin işi ilə yaxından tanışlıq və Keniya- Azərbaycan əlaqələrinin əhəmiyyəti haqqında danışıqlar aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Aprel 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri