Nizami Kino Mərkəzi mədəni simvoludur QHT təmsiçlisi
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ayşən Fəxrəddinqızı
“Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini
Milli-mənəvi dəyərlər, mədəni irs hər bir xalqın kimliyini, tarixini və ruhunu əks etdirən ən vacib amillərdən biridir. Bu dəyərlər əsrlər boyu formalaşaraq bizə miras qalıb və onları qorumaq bizim ən vacib məsuliyyətlərimizdən biridir. Əgər biz bu dəyərlərə sahib çıxmasaq, zamanla milli kimliyimizi itirmək təhlükəsi ilə üzləşərik.
Bunun üçün övladlarımız və gənclərimiz milli-mənəvi dəyərlərimizə, milli irsimizə sahib çıxmağı ilk olaraq ailədən öyrənməlidir. Çünki hər bir uşağın formalaşmasında, Vətənə, torpağa, irsinə, bir sözlə keçmişinə dəyər verməsində valideynlər böyük rol oynayır. Buna görə də uşaqlara milli adət-ənənələrimizi, dilimizi və mədəniyyətimizi kiçik yaşlardan aşılamaq çox vacibdir.
Eyni zamanda ailə ilə yanaşı məktəb və cəmiyyət də bu prosesdə mühüm yer tutur. Məktəblərdə şagirdlərə yalnız elm öyrədilməməli, eyni zamanda onlarda vətənpərvərlik, milli şüur və mənəvi dəyərlərə hörmət hissi formalaşdırılmalıdır. Cəmiyyət olaraq əcdadlarımızdan bizə miras qalan mədəni irsimizə, memarlıq abidələrimizə dəyər verməyi və onları qorumağı gənclərimizə öyrətməliyik.
Təəssüflər olsun ki, bəzən gənclərimiz tərəfindən bu dəyərlərə qarşı laqeyd münasibət müşahidə olunur. Bakının memarlıq incilərindən biri olan Nizami Kino Mərkəzinə qarşı edilən hərəkətlər buna nümunədir. Bu mərkəz yalnız bir bina deyil, eyni zamanda paytaxtımızın mədəni simvolu, şəhərin milli estetikasını əks etdirən, tarixi-mədəni dəyərlərimizin ayrılmaz hissəsidir. Gənclərimiz bilməlidir ki, belə abidələrə vurulan hər bir zərər, o cümlədən qraffiti, yalnız şəhərin görünüşünü korlamır, həm də tariximizə və milli kimliyimizə hörmətsizlikdir.
Tarixi binalarımızın qorunması eyni zamanda keçmişimizə olan hörmətin, gələcəyimizə olan məsuliyyətin göstəricisidir. Bu abidələr bizim yaddaşımız, kimliyimiz və mədəni zənginliyimizin canlı şahidləridir.
Vətəndaş cəmiyyətinin üzvü olaraq gənclərimizə demək istəyirəm ki, milli-mənəvi dəyərlərimizi qorumaq gələcəyimizi qorumaq deməkdir. Bu dəyərlər nəsildən-nəslə ötürüldükcə xalqımızın varlığı və birliyi daha da möhkəmlənəcək. Hər birimiz bu məsuliyyəti dərk etməli və öz töhfəmizi verməliyik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 03 Aprel 2026 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















