Nizami rayonunda “Heydər Əliyev Məktəbi”nin növbəti tədbiri keçirilib
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev Məktəbi” layihəsinin növbəti tədbiri SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunda keçirilib.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini dərin ehtiramla yad edib.
Zavodun Sağlamlığın, Əməyin Təhlükəsizliyinin qorunması və Ətraf Mühitin mühafizəsi sahəsində müvafiq məlumatlandırma sessiyasından sonra “Heydər Əliyev Məktəbi”nin iştirakçıları istehsal qurğuları, proseslərin idarə olunması ərazisi ilə tanış olublar.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, həmçinin SOCAR Downstream Management MMC-nin Baş direktoru Emil Alxaslı “Avrasiya enerji xəritəsində Azərbaycan faktoru: ənənəvi və bərpa olunan enerjinin perspektivi” və SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərov “Heydər Əliyev və Azərbaycanın neft strategiyası” mövzusunda çıxış ediblər. Bildirilib ki, “Heydər Əliyev Məktəbi”nin növbəti tədbirinin Ulu Öndər Heydər Əliyevin adını daşıyan zavodda keçirilməsinin rəmzi mənası var.
Natiqlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurlu şəkildə davam etdirdiyi neft strategiyası, bərpa olunan enerji infrastrukturu, investisiya mühiti, müxtəlif enerji və geosiyasi faktorlar barədə danışıb, ölkəmizin qazandığı nailiyyətləri diqqətə çatdırıblar.
Çıxışlardan sonra sualların cavablandırılıb.
Tədbirin sonunda yubiley yaşında olan partiya veteranları təltif ediliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 11 Fevral 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















