Icma.az
close
up
RU
“Heydər Əliyev Məktəbi” təsis edilib

“Heydər Əliyev Məktəbi” təsis edilib

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında Heydər Əliyev ideyalarının təbliği və Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə “Heydər Əliyev Məktəbi”nin açılış mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, “Heydər Əliyev və Nizami rayonu” adlı foto-sərgiyə baxıblar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsi müdirinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif İmaməliyev “Heydər Əliyev Məktəbi”nin partiya üzvlərinin siyasi-ideoloji baxımdan maarifləndirilməsi, Heydər Əliyev ideyalarının təbliği və Heydər Əliyev irsinin öyrənilməsi işinə töfhəsindən danışıblar.
“Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzə ilə çıxış edən YAP Veteranlar Şurasının üzvü, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri Misir Mərdanov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev zaman və məkan anlayışlarını aşan böyük siyasi şəxsiyyətdir. Onun siyasi irsi bu gün bütün nəsillər, xüsusilə də gənclər üçün örnəkdir və öyrənilməsi vacib olan məktəbdir.
Ulu Öndərin irsi yalnız bir siyasi yol deyil, həm də azərbaycançılıq ideologiyasının canlı təcəssümü, əxlaqi, ideoloji və strateji düşüncə sistemidir. Bu məktəbin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi milli kimliyimizin və dövlətçilik ənənələrimizin qorunmasına mühüm töhfə verir.
Çıxışlardan sonra mövzu ilə əlaqədar iştirakçıların sualları cavablandırılıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri