Icma.az
close
up
RU
Nizami rayonunda I Makeathon Nizami Festivalı keçirilib

Nizami rayonunda I Makeathon Nizami Festivalı keçirilib

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə I Makeathon Nizami Festivalı keçirilib.

Festival çərçivəsində Nizami rayonunun 20-yə yaxın təhsil müəssisəsindən 150-dək nümayəndə iştirak edib. Onlar “Texno-ideya”, “Sumo roboteks”, “Tullantıdan sənətə” və “Sərbəst yaradıcılıq” kateqoriyaları üzrə əl işlərini və layihələrini nümayiş etdiriblər.
Sonra rəsmi mükafatlandırma mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Rasim Musabəyov, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun müdiri Turanə Məcidli, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.
Bildirilib ki, festival yeniyetmələrin və gənclərin yaradıcı potensialını üzə çıxarmaq, onların robot sənayesi və süni intellekt sahəsinə marağını artırmaq, onların texnoloji, sənət bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil olunub. Qeyd olunub ki, hər il keçirilməsi planlaşdırılan festivalın əsas məqsədi yeniyetmələr və gənclər arasında yaradıcı düşüncənin inkişafına dəstək vermək, elmi-texnoloji bilikləri praktik fəaliyyətlə birləşdirərək yeni ideyaların ortaya çıxmasına şərait yaratmaqdır. Eyni zamanda, yeniyetmələrin və gənclərin ətraf mühitə məsuliyyətli yanaşmalarını və tullantıların təkrar istifadəsi üzrə bacarıqlarını da artırmaq festivalın prioritetlərindən biridir.
Çıxışlardan sonra mükafatlandırma mərasimi keçirilib.
“Texno-ideya”, “Sumo roboteks”, “Tullantıdan sənətə” və “Sərbəst yaradıcılıq” kateqoriyaları üzrə ən yaxşı işlərin müəllifləri, eləcə də ən yaxşı layihə təqdimatını etmiş müəssisələr, həmçinin 2025-ci il ərzində keçirilmiş beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə uğurlu nəticələr qazanmaqla gənclərə örnək olan Nizami rayon məktəblərinin şagirdləri mükafatlandırılıb, onlara medallar, diplomlar və hədiyyələr təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 May 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri