Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

İkinci Makeathon Nizami Festivalı keçirilib

İkinci Makeathon Nizami Festivalı keçirilib

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və 2026-cı il "Şəhərsalma və Memarlıq İli"nə həsr edilmiş ikinci Makeathon Nizami Festivalı keçirilib.

Rayon gənclərinin müasir texnoloji biliklərə sahib olması, robotiks və süni intellekt sahəsinə marağının artırılması, müasir şəhərsalma barədə ilkin bilik və bacarıqların formalaşdırılması məqsədilə təşkil olunan festivalda 32 komanda və 21 fərdi iş təqdim olunub, ümumilikdə 300 gənc təqdimatla çıxış ediblər. Onların “Smart city” və “Sərbəst layihə” mövzularında işlərinə baxış keçirilib. Gənclər “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Ağıllı ev”, “Rəqəmsal mənzil”, “Rəqəmsal kənd təsərrüfatı”, “Yağış sularının idarə olunması və səmərəli istifadəsi”, “Tarixi abidələrə perspektiv baxış”, “Bərpaolunan enerji və ekosistem”  və başqa mövzularda layihələrini təqdim ediblər.

Eyni zamanda festival çərçivəsində “Xəyalımdakı şəhər” mövzusunda rəsm müsabiqəsinə daxil olmuş 43 işə baxılıb, eləcə də 60 inşaya rəy bildirilib.

Festivalda təqdim olunan işlərin qiymətləndilməsindən sonra mükafatlandırma mərasimi keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə müasir, müstəqil Azərbaycan Respublikasının banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Kommunikasiya üzrə meneceri Emin Hüseynzadə, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyova və başqaları Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsallaşma ilə bağlı həyata keçirilən işlərdən, ölkəmizin timsalında müasir şəhərsalma nümunələrindən, WUF13-ün əhəmiyyətindən söz açıb, gənc nəslin müasir dövrün çağırışlarına uyğun yetirişdirilməsi vəzifələrindən bəhs ediblər.

Diqqətə çatdırılıb ki, ölkəmizdə may ayının 17-dən 22-dək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası keçiriləcək. Qədim tarixə, zəngin mədəniyyətə və sürətlə inkişaf edən müasir şəhər həyatına malik olan Bakımızda “WUF13” tədbirinin keçirilməsi şəhərlərin gələcəyi naminə beynəlxalq əməkdaşlığın nə qədər vacib olduğunu bir daha göstərir. Bildirilib ki, bu gün texnologiya və innovasiya şəhər həyatını dəyişir. Enerji səmərəliliyi, rəqəmsal idarəetmə, ekoloji nəqliyyat və yaşıl məkanların artırılması şəhərlərin inkişafında əsas prioritetlərdən biridir. İnanırıq ki, “WUF13” çərçivəsində aparılan müzakirələr yeni əməkdaşlıqlara, uğurlu təşəbbüslərə və davamlı inkişaf naminə mühüm qərarlara töhfə verəcək.

Çıxışlardan sonra mükafatlar sahiblərinə təqdim edilib. Belə ki, “Smart city” layihələri istiqamətində I yerin qalibi 129 saylı tam orta məktəbin kollektivi olub. II və III yerlərə isə müvafiq olaraq 220 saylı məktəb-liseyin və 272 saylı tam orta məktəbin komandaları sahibləniblər. “Sərbəst layihə” istiqamətində 109 saylı tam orta məktəbin kollektivi I yeri, 32 saylı tam orta məktəbin komandası II yeri və 70 saylı tam orta məktəbin nümayəndələri III yeri tutublar. Fərdi layihələr istiqamətinin qalibləri isə “Yağış sensoru və idarə olunan dam” təqdimatı ilə “Zəngi” liseyinin şagirdi Əli İbrahimli, “Elektrik enerjisinin ağıllı idarəsi” layihəsi ilə 238 saylı tam orta məktəbin şagirdi Ayxan Xəlilov, “Fermer Robot” layihəsi ilə 272 saylı tam orta məktəbin şagirdi Rəsul Bayramlı olub.

“Xəyalımdakı şəhər” mövzusunda rəsm müsabiqəsində I yeri 242 saylı tam orta məktəbin şagirdi Aylin Vəliyeva, II və III yerləri isə müvafiq olaraq 238 saylı tam orta məktəbin şagirdi Zəhra Əzimzadə və 220 saylı məktəb-liseyin şagirdi Rövşanə Səfərova tutublar. “Xəyalımdakı şəhər” mövzusunda inşa müsabiqəsində isə I yeri 109 saylı tam orta məktəbin şagirdi Arzu Gülməmmədova, II yeri 145 saylı tam orta məktəbin şagirdi Qənirə Məmmədli və III yeri 250 saylı tam orta məktəbin şagirdi Yaqut Alızadə əldə ediblər.

Eyni zamanda, festivalda müxtəlif nominasiyalar üzrə sertifikatlar və təşəkkürnamələr də təqdim edilib.

Festivala “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin kollektivinin konsert proqramı ilə yekun vurulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 May 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri