Icma.az
close
up
RU
Nizami Rəmzinin qızından Samirəyə CAVAB: “Sözləri əzbərləyib, “De gəlsin” ə çıxırdın, bədahətən deyə bilmirsən”

Nizami Rəmzinin qızından Samirəyə CAVAB: “Sözləri əzbərləyib, “De gəlsin” ə çıxırdın, bədahətən deyə bilmirsən”

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bunlar göbələk kimi gündə biri çıxıb danışır. Bilmirəm Nizami Rəmzi ilə dərdləri nədir? Niyə onu həzm edə bilmirlər? Molla Məmməd Nizamidən yaşca balaca olub. Nə vaxt çıxıb musiqili meyxana dedi? Sözü deyirlərsə, sübut da etsinlər. Samirə deyir ki, Ağasəlim Nizamidən qabaq musiqili meyxana deyib. Ağasəlim Çıldaq hansı səsiylə musiqili meyxana deyib? Kimin ağzı varsa danışır. Mən bunlara cavab verməyə bilmirəm. Birazdan çıxıb deyəcəksiz ki, Ağasəlim operanın da banisi olub. Molla Məmməd Nizamiyə müraciət edib, “Dağlı balasıyam” mahnısını ondan alıb, sözlərini “Bakılı balasıyam” adı ilə dəyişdirib. Bu faktdır və hər kəs də bilir. Bunlar ölülərlə niyə reytinq qazanırlar? Ağasəlim özü musiqili meyxanaya qarşı idi. Hətta ondan müsahibə də almışdılar, dedi ki, “heyif deyil 3 badam, bir qoz, mən musiqili meyxanaya qarşıyam”. Musiqili meyxanaya qarşı olan bir adam necə ola bilər ki, Nizamidən öncə musiqili meyxana desin? Onlar çırtma ilə meyxana deyiblər. Ağasəlimin avazı var idi ki, meyxana desin? Güclə danışırdı”

Bunu Moderator.az-a açıqlamasında mərhum meyxanaçı, ustad qəzəlxan Nizami Rəmzinin qızı Heyran Baxşıyeva deyib. O daha sonra əlavə edib:


“Madam ki, bunlar hər dəfə bir yalana əl atır. Mən də o zaman buradan bəyan edirəm ki, ilk dəfə cazı mən yaratmışam. Sübutum yoxdur, amma sözdü də deyirəm. Bunlarınkı da ona döndü. Sübutları yoxdur, ağızdolusu danışırlar. Çağırardılar da filmlərdə  meyxana demək üçün Ağasəlimi, Molla Məmmədi. Niyə çağırmadılar?

Samirə yenə də desəydi ki, meyxananı Nizami Rəmzidən əvvəl Ağasəlim deyib, hə bununla razılaşardım. Çünki Nizamidən böyükdür. Nizaminin musiqi amsambılı var idi. Nizamidən sonra başladılar kostyum geyinməyə. Ömür boyu idman geyimində, jaketdə, başlarında kepka və əllərində təsbehlə toylara gediblər. Hamısı ona baxıb, geyim tərzini dəyişdi. Samirə bu gün, sabah deyər ki, kostyumu da ilk dəfə efirdə Ağasəlim Çıldaq geyinib. Vallah artıq onlardan bu sözü də gözləyirəm. Samirə, deyirsən ki, müasir dövrdə yeganə qadın meyxanaçısan. Sən əzbərləyib “De gəlsin” meyxana yarışmasına çıxırdın. Bunu hamı bilir. Oqtay hazırlayırdı öncədən, sənə deyirdi ki, bunları deyəcəm, sən də o birisini de. Sən bədahətən meyxana deyə bilirsən? Gözəl səsin var, oxuya bilirsən, amma danışığını bilmirsən” deyə qızı bildirib.


Qeyd edək ki, bir neçə gün bundan əvvəl müğənni Samirə Yusifqızı saytımıza açıqlamasında “Musiqili meyxananı Nizami Rəmzidən öncə Ağasəlim Çıldaq və Molla Məhəmməd deyib” deyə müsahibəsində bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Noyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri