Icma.az
close
up
RU
Nizamnamə aktivləşdi: Ermənistan yeni müharibəyə cəlb edilir? KONKRET

Nizamnamə aktivləşdi: Ermənistan yeni müharibəyə cəlb edilir? KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində irəliləməyə davam edir. Belə ki, artıq Ukrayna ordusu Kurskda 28 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Bu hadisələrin fonunda Rusiya ərazisinə hərbi müdaxilə səbəbindən KTMT-nin də münaqişəyə cəlb olunacağına dair məlumatlar artır. Xüsusən İrəvanda proses narahatlıqla izlənilir.

Maraqlıdır, Kremlin tələbi olarsa, Ermənistan Rusiyaya dəstək üçün hərbi birlik göndərə bilərmi?

KONKRET.az xəbər verir ki,Ukraynanın Kurska girməsi KTMT nizamnaməsinin aktivləşməsinə səbəb olacaq:

“Lakin Rusiya bunda maraqlı deyil. Çünki o zaman ciddi məğlubiyyətlə üzləşdiyini, Ukrayna ordusunun qarşısında çətin vəziyyətdə qaldığını etiraf etmiş olur. Bu da daxili və xarici ictimai rəydə Ukraynanın xeyrinə atılan addımdır və Ukrayna ordusunu ruhlandıra bilər. Bu səbəbdən Moskva prosedura uyğun olaraq KTMT nizamnaməsinin işə düşməsini istəmir.

Gələcəkdə vəziyyət çətinləşsə və digər ölkələrin dəstəyinə ehtiyac yaransa belə, Kreml sözügedən məsələnin reallaşmasında maraqlı deyil. Çünki KTMT daxilində heç də birmənalı fikir yoxdur. Məsələn, Ukrayna müharibəsi başladıqdan sonra Qazaxıstanın Rusiyanın əleyhinə sanksiyalara qoşulduğu haqqında xəbərlər var idi”.

Politoloqun fikrincə, monolit fikrin olmaması kritik məqamlarda KTMT-nin dağılmasına səbəb ola bilər:

“Rusiya həmin ölkələrə müraciət edərsə, onlar seçim qarşısında qala, rəsmi Moskvaya dəstək verməyə bilərlər. Bu da KTMT-nin defakto dağılmasına gətirib çıxaracaq.

İrəvanın KTMT-yə münasibəti fonunda Rusiyanın səssizliyi Alyansın kövrəkliyini göstərdi. Görünür, “Rus NATO-su” indiki halda dağılmağa meyillidir. Ermənistana Rusiyaya dəstək üçün hərbi birlik göndərmək təklif edilərsə, bu, rəsmi İrəvan üçün göydəndüşmə hal olar. Şərti yerinə yetirmədiyini deyib, KTMT-dən çıxa bilər.

Rusiya siyasi və hərbi müstəvidə Nikol Paşinyan hakimiyyətinə güclü təsir edəcək heç bir addım atmır. Yalnız iqtisadi baxımdan effektiv təzyiqlər edə bilər. Lakin bu zaman da Paşinyan hökuməti vəziyyəti öz xeyrinə çevirərək, ölkə daxilində anti-Rusiya təbliğatı apara bilər”./Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 May 2025 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri