Icma.az
close
up
RU
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır VİDEO KONKRET

Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır VİDEO KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Bu həftə Polşa prezidenti Andjey Duda Ermənistanda idi. Bir ölkənin rəhbəri digərinə gedəndə əsasən özlərindən danışırlar. Duda isə sanki Ermənistana Azərbaycandan danışmaq üçün getmişdi. Əvvəlcə Paşinyanla İrəvan-Bakı sülh prosesini müzakirə etdi. Ardından Azərbaycanla sərhəddə peyda oldu. Görünür o da Avropa İttifaqının müşahidəçiləri kimi binoklla seyr etməyi sevir.

KONKRET.az  xəbər verir ki, bu barədə İTV-nin “Yekun xəbər” proqramında deyilir.

“Andjey Duda 2 həftə əvvəl COP29-da iştirak üçün Bakıda idi. Əgər bizə desəydi, biz özümüz onu təbiət qoynuna gəzməyə aparardıq. Təbii ki, bir prezidentin hansısa ölkənin sərhədində peyda olması məqsədsiz deyil. Məqsəd sərhəddə vəziyyəti öyrənmək də deyil. O qədər sadəlövh deyilik ki, Dudanın oyununu anlamayaq. Polşa həm Rusiya, həm də Ukrayna ilə sərhəddə yerləşir.

Müharibə səbəbindən o da çətin durumdadır. Savaşın Polşaya sıçraması ehtimalı az da olsa var. Andjey Duda Putinin hədəfindən yayınmağın yolunu tapıb. Rusiyanın diqqətini Ermənistan-Azərbaycan sərhədinə çəkmək istəyir. Yəni Rusiyanın qonşuluğunda yeni müharibə başlasa, Kremlin diqqəti Avropa cəbhəsindən yayınacaq. Polşa prezidentinin Ermənistana səfəri çox maraqlı dövrə təsadüf edir.

Gürcüstan bu həftə elan etdi ki, Avropa İttifaqına inteqrasiyanı 2028-ci ilədək dondurur. Cənubi Qafqazda İttifaqa ən yaxın olan Tbilisi ondan uzaqlaşır. Avropa İttifaqına isə bizim bölgəmizdə yeni liman lazımdır. İndi o liman Ermənistandır. Lövbərini Ermənistana çox geniş salıb. Silahlandırır, hərbi təlimlər keçir, Azərbaycanla şərti sərhəddə bastion qalaları – bir-biri ilə əlaqəli tunellər qurur. Uzun sözün qısası, Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır. Halbuki sülh danışıqlarına hazırlaşmalı idi.

COP29 ərəfəsində dayanan danışıqlar bu ay bərpa edilməlidir. Baş verənlərin fonunda bunun nə dərəcədə mümkün olacağı böyük sualdır. İlin sonunda Ermənistan şou göstərir. Azərbaycan isə ermənilərin şousunu faciələrinə çevriməyi yaxşı bacarır”, süjetdə bildirilir.

KONKRET.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Dekabr 2024 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri