Icma.az
close
up
RU
Nobel Komitəsi mükafatçını tapa bilmir, o, şəbəkədən kənar yerdə səyahətdədir

Nobel Komitəsi mükafatçını tapa bilmir, o, şəbəkədən kənar yerdə səyahətdədir

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nobel Komitəsi bu ilin tibb sahəsindəki mükafatçısını hələ də tapa bilməyib. Mükafatçı, “sakit həyatını yaşadığını” və “şəbəkədən kənarda” yerlərə səyahət etdiyi bildirilir.

Bizimyol.info xəbər verir ki, Fred Ramsdell bu ilin tibb sahəsindəki mükafatını Seattle, Vaşinqtondan Mary Brunkov və Yaponiya, Osaka Universitetindən Şimon Sakaguçi ilə bölüşüb. Onlar immun sisteminin fəaliyyəti ilə bağlı apardıqları kəşflər səbəbindən bu nüfuzlu mükafata layiq görülüblər.

Lakin Ramsdell, “rəqəmsal təmizləmə”ni seçərək telefon və internetdən uzaq qalmağa üstünlük verdiyi üçün Nobel Komitəsi onunla əlaqə saxlaya bilmir və mükafat xəbərini ona çatdırmaq mümkün olmayıb.

Ramsdellin dostu və laboratoriyasının həmtəsisçisi Ceffrey Bluestone, tədqiqatçının mükafata layiq olduğunu, amma onunla əlaqə saxlamağın mümkün olmadığını bildirib. “Mən də ona zəng etməyə çalışmışam. Düşünürəm ki, o, İdaho dağlarında ola bilər”, – deyə Bluestone bildirib.

Komitə, digər mükafatçılardan Mary Brunkov ilə əlaqə saxlamaqda çətinlik çəkib. Hər iki tədqiqatçı ABŞ-ın Qərb sahilində yerləşdiyi üçün Stokholm vaxtından 9 saat geridədirlər. Lakin nəhayət, Brunkov ilə əlaqə qurulub.

Komitənin baş katibi Tomas Perlmann mətbuat konfransında bildirib: “Onlara dedim ki, əgər fürsət taparlarsa, mənə geri zəng etsinlər”.

Bu üç alim immun sisteminin "təhlükəsizlik keşikçiləri" olan tənzimləyici T-hüceyrələrini tapdıqları üçün Nobel mükafatı alıblar. Onların tədqiqatları immun sisteminin bədəni zərərdən qorumasına kömək edən "periferik immun toleransı" ilə bağlıdır. Bu kəşf həm yeni bir tədqiqat sahəsinin yaranmasına, həm də tibbi müalicə sahəsində potensial inkişaflara səbəb olub.

74 yaşlı Sakaguçi, 1995-ci ildə autoimmun xəstəliklərdən qoruyan yeni növ hüceyrə taparaq əsas kəşfi etmişdi. 1961-ci ildə doğulmuş və hazırda Seattledakı Sistem Biologiyası İnstitutunda rəhbər olaraq çalışan Brunkov ilə, 64 yaşlı Sonoma Biotherapeutics-də baş məsləhətçi olan Ramsdell isə 2001-ci ildə digər mühüm kəşfi etmişdilər.

2020-ci ildə Nobel komitəsi iqtisadiyyat sahəsində mükafat qazananları tapmaqda da çətinliklərlə üzləşmişdi. O zaman Bob Vilsonun telefonu gecə yarısı Stenfordda zəng etdikdə, o, telefonu söndürmüşdü və komitə onun həyat yoldaşına zəng etməli olmuşdu. Komitə onun həmkarı Paul Milgrom ilə də əlaqə saxlaya bilmədiyi üçün Vilson, Milgromu oyandırmağa məcbur olmuşdu. Milgromun təhlükəsizlik kamerası tərəfindən çəkilən görüntülərdə, onun Nobel mükafatını öyrəndiyi an yer alıb və o, “Bəli, qazandım? Vay!” şəklində reaksiya verib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Oktyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri