Icma.az
close
up
RU
“Populyarlıq”dan qorxan Nobel Komitəsi... Ədəbiyyat üzrə Nobel mükafatı kimə veriləcək?

“Populyarlıq”dan qorxan Nobel Komitəsi... Ədəbiyyat üzrə Nobel mükafatı kimə veriləcək?

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Orxan Həsəninin "Nobelin sorağında" yazısını təqdim edir.


Yazıçıların, oxucuların, media nümayəndələrinin gözü sabah İsveçə tuşlanacaq. Dünyanın ən nüfuzlu ədəbiyyat mükafatının elan olunmasına saatlar qalıb.
Yəqin ki, ədəbiyyat üzrə Nobel mükafatını qazanmaq hər yazıçının arzusudur.
Ancaq ədəbiyyat tacını hər il yalnız bir müəllif başına taxır.
Xəbər elan olunmazdan öncə müxtəlif çevrələrdə ehtimallar sıralanır, müzakirələr gedir, hərə öz sevdiyi müəllifi irəli verir, kim layiqdir, kim layiq deyil, hər ağızdan bir avaz gəlir və bütün bu müzakirələr, ehtimallar bu mükafatı daha da maraqlı edir.
Görəsən, bu il mükafat kimə veriləcək? Görəsən, layiqli müəllifmi qazanacaq? Əgər layiqli müəllifə verməsələr, onda dünya ədəbiyyatı hara gedir?
Bu ağır suallara cavab tapmaq çətindir.
Ədəbiyyat üzrə Nobel mükafatı dəyişdikcə dəyişən, rəng itirən dünyamızda hələ də söz sənətinin döyünən ürəyidir.
Bəs 2025-in siyahısında hansı müəlliflər var?
Hələlik rəsmi siyahı məlum deyil. Nobel qaydalarına görə namizədlərin adları 50 il gizli saxlanılır. Ancaq, necə deyərlər, arada çox söz dolaşır. Bir neçə müəllifin adı tez-tez çəkilir.
Əvvəl onu deyim ki, aşağıda adını çəkəcəyim müəlliflər rəsmi namizəd deyil, onlar mediada və tənqidçilər arasında favorit kimi çıxış edənlərdir.



Anne Karson


Kanadalı yazıçının Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülməsi ehtimalı ədəbi çevrələrdə illərdir müzakirə olunur.

Anne Karson ədəbiyyatda sərhədləri demək olar, tamamilə dağıdıb. O, poeziya, esse, teatr və tərcümə formalarını birləşdirir. Əsərləri nə tam şeir, nə də nəsrdir, daha dəqiq ifadə etsək, Karsonun özünün yaratdığı “aralıq ədəbiyyat janrı”dır.
Nobel Komitəsi, adətən, ədəbiyyatın sərhədlərini genişləndirən müəllifləri mükafatlandırır. Bu baxımdan mükafatın Karsona verilməsi ehtimalı var.


Can Xue


Çinli yazıçı Can Xuenin əsərləri surrealizm və realizm arasında dayanır. Onun roman və hekayələrində məntiq pozulur, zaman və məkan əyilir, hadisələr sanki yuxu içində baş verir.

Amma bütün bu xaosun arxasında dərin insan təcrübələri dayanır, – qorxu, tənhalıq, həyat eşqi, təbiətlə insanın mübarizəsi.
Xüsusilə, “Sərhəd” və “Yeni minillikdə sevgi” əsərləri həm dil, həm də struktur baxımından seçilir.
“Sərhəd” romanında hadisələrin ardıcıllığı yoxdur; hər şey rəmzlər, səslər vasitəsilə danışılır.
Bu yazı tərzi Kafka, Borxes və Bekket ilə müqayisə olunur.
Nobel Komitəsi üçün bu cür fərqli bədii dil çox cəlbedicidir.
Can Xue, eyni zamanda, Çin kimi senzuralı bir ölkədə 1980-ci illərdən bəri siyasi və mədəni tabulara qarşı çıxır. Onun əsərlərində gizli şəkildə rejimə qarşı müqavimət hiss olunur.
Məncə, Nobel Komitəsi qərar zamanı bunu da nəzərə ala bilər.



Laszlo Krasznahorkai


Laszlo Krasznahorkai müasir Avropa ədəbiyyatının ən fərqli, ən təsirli yazıçılarından biridir. O, bu il mükafatı qazanmağa ən yaxın yazıçılardandır.
Krasznahorkainin romanlarında insanlığın sonu, ruhun tənhalığı motivlərinə tez-tez rast gəlinir.
Məşhur romanı “Satantanqo” kənddə baş verən mənəvi parçalanmanı göstərir. Oxuyanda görürsən ki, sanki Kafka, Dostoyevski və Tarkovski eyni əsərdə birləşib.
Tənqidçilər bu əsəri “müasir dövrün apokaliptik İncil”i adlandırıblar.
Nobel Komitəsi çox zaman dünyanın mövcud vəziyyətini bədii dillə təqdim edən müəllifləri qalib seçir.


Haruki Murakami


Haruki Murakami artıq 15 ildən çoxdur ki, hər Nobel mövsümündə adı çəkilən, amma bir növ əbədi “namizəd” kimi qalan yazıçıdır.
Nobel Komitəsi hər dəfə ondan yan keçir. Və düşünürəm ki, bir çoxları tərəfindən namizəd olsa da, bu il də komitə ondan yan keçəcək.
Bunun səbəbi təkcə bəxtsizlik deyil.
Murakami dünyanın ən çox oxunan yazıçılarından biridir. Onun romanları (“Norveç meşəsi”, “Kafka sahildə”, “1Q84”) milyonlarla nüsxədə satılıb, gənclik kultuna çevrilib.
Ancaq Nobel Komitəsi “populyarlıq”dan qorxur.
Onlar, adətən, ədəbi dəyəri kommersiya uğurundan üstün tutan yazıçıları seçirlər.
Murakaminin romanları isə həm ədəbi dəyər, həm də bazar baxımından parlaqdır, bu isə bəzi tənqidçilərin fikrincə, onu “kütləvi” göstərir.


Mircea Kartaresku


Kartaresku əsərlərində uzun, mürəkkəb cümlələr, çoxqatlı metaforalar və intertekstual əlaqələr qurur. “Orbitor” trilogiyasında bəzən bir cümlə bir səhifədən çox uzanır, amma bu müəyyən ritm yaradır deyə, oxucunu incitmir.
Dildəki texnikası onu Kafka və Coysla müqayisə etməyə imkan verir.
.
Nobel Komitəsi üçün yeni ədəbi dil yaratmaq vacib kriteriyadır.
Yuxarıda adlarını qeyd elədiyim müəlliflərlə bərabər eyni zamanda Salman Rüşdi, Tomas Pinçon, Amitav Qoş, Enrike Vila Matasın da adını çəkmək olar.
Ancaq mənim ürəyimdən keçən müəllif Mişel Uelbekdir.
Kaş o qalib gələ.
Bəs Nobel Komitəsindən nə gözləmək olar?
Ədəbiyyat üzrə Nobel mükafatına qərar verən akademiya yalnız istedada və estetik gücə deyil, həm də yazıçının dünyaya təsirinə, ictimai-siyasi proseslərdəki həssaslığına baxır. Bu kateqoriyadan olan yazıçıların şansının çox olacağını güman edirəm.
Hələlik komitə üzvlərindən başqa qalibi heç kim bilmir, ancaq bildiyimiz bir şey var, 2025-ci ilin in ədəbiyyat üzrə Nobel mükafatının qalibi kim olsa, o dərhal tarixə düşəcək.

Eldost Bayram əməliyyat olundu Mabel Matiz 3 il həbs cəzası ala bilər "Qorxu seansı" filminin ssenaristləri bəlli oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://kulis.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see225

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see213

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see181

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see142

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see135

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see134

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see133

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see132

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see131

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see130

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see123

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see122

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri