“Nobel mükafatı yoxdursa, sülh barədə düşünməli deyiləm” Tramp məktub yazdı
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Norveçin Baş Naziri Yonas Qar Störeyə məktub ünvanlayıb.
Bakupost.az “Sky News”ə istinadən xəbər verir ki, Tramp məktubda dünya sülhünə dair mövqeyinin dəyişdiyini bildirib, ABŞ-nin milli maraqlarını prioritet hesab etdiyini vurğulayıb.
“Sizin ölkəniz mənə 8 müharibəni dayandırdığıma görə Nobel Sülh Mükafatını vermədiyindən, artıq yalnız sülh barədə düşünmək öhdəliyim yoxdur. Sülh həmişə önəmli olacaq, lakin indi ABŞ üçün yaxşı və düzgün olanı düşünməliyəm”, – deyə Tramp məktubda yazıb.
Bu açıqlama Trampın beynəlxalq rollarından daha praqmatik və milli maraqlara yönəlmiş mövqeyə keçdiyini göstərir.
ABŞ prezidenti məktubunda Qrenlandiya məsələsinə də toxunub:
“Danimarka bu torpağı Rusiya və ya Çin-dən qoruya bilməz, niyə onlar “mülkiyyət haqqına” malik olmalıdır? Yazılı sənəd yoxdur. Biz yalnız bilirik ki, yüz illər əvvəl bir gəmi oraya çatıb, amma bizim də gəmilərimiz oraya gəlib”.
“Mən NATO-ya qurulduğu vaxtdan bəri hər kəsdən daha çox xidmət etmişəm, indi isə NATO ABŞ üçün bir şey etməlidir. Əgər biz Qrenlandiya üzərində tam və tam nəzarət sahibi olmasaq, dünya təhlükəsiz olmayacaq”, – Deyə Trampın məktubunda qeyd olunub.
Baş nazir Yonas Qar Störe məktubu aldığını təsdiqləyib və bildirib ki, bu ABŞ-nin Norveç və digər Avropa ölkələrinə tətbiq etdiyi gömrük rüsumları və Qrenlandiyaya qoşun göndərmə məsələsinə cavabdır. Baş nazir “söz mübadiləsində gərginliyin azaldılmasının” vacibliyini vurğulayıb.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Tramp sabah Nobel Sülh Mükafatı alması ehtimalı barədə danışıb
09 Oktyabr 2025 23:59
Nobel Sülh Mükafatı Norveç üçün utancvericidir Tramp
09 Yanvar 2026 15:13
Norveç Nobel Komitəsi: Nobel Sülh Mükafatı bölüşdürülə bilməz
11 Yanvar 2026 15:23
“Nobel mükafatı almağı xəyal etmirəm” − Tramp
02 Sentyabr 2025 22:34
Tramp niyə Nobel mükafatı almadı? AÇIQLAMA
10 Oktyabr 2025 15:48
Baxış sayı:57
Bu xəbər 21 Yanvar 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















