Icma.az
close
up
RU
Nobel ona halaldır!

Nobel ona halaldır!

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1994-cü ildə Ruandada hutilər tərəfindən həyata keçirilən soyqırımı zamanı tutsi qadınları dəhşətli miqyasda kütləvi zorlanmaya məruz qalmışdılar. 100 gün ərzində 250.000-500.000 qız-qadın məqsədli şəkildə ailə üzvlərinin gözləri qarşısında zorlanmışdı.
Huti rəhbərliyi QİÇS daşıyıcı olan kişilərdən ibarət xüsusi hərbi dəstələr (AIDS squads) yaratmışdı. “İnterahamve” adlanan bu dəstələrin döyüşçüləri zorladıqları qadınları QİÇS-ə yoluxdururdular. Nəticədə, qətlə yetirilməyən qadınlar da “ləng ölüm”ün daşıyıcısına çevrilirdilər. On minlərlə uşaq da bu seksual zorakılığa məruz qalmışdı.
Bütün bunlar BMT-nin sülhməramlılarının gözü qarşısında, ABŞ və Fransanın susqun razılığı ilə baş vermişdi. Hər iki ölkə müdaxilə edə biləcəyi halda, bilərəkdən kənarda durmağı üstün tutmuşdu.
1998-ci ildə Ruanda soyqırımı ilə bağlı Beynəlxalq Tribunala rəhbərlik edən Navi Pilley müharibə zamanı qadınların zorlanmasının soyqırımı cinayəti kimi tanınmasına nail oldu. Buna qədər həmin cinayət sadəcə “əsgər özbaşınalığı” sayılırdı.
İkincisi, Ruanda hadisələri zamanı hutilər radionun imkanlarından geniş istifadə etmişdilər. Tribunalın gedişində xanım Pilley KİV-də hansısa etnik qrupa qarşı zorakılığa səsləməyin də soyqırım cinayəti kimi tanınmasına nail oldu.
Yaxşı, bəs Amerika və Fransa niyə bu dəhşətli cinayətin qarşısını almaq üçün heç nə etməmişdilər?
Çünki bir il əvvəl Somalidə daxili toqquşmaların qarşısını almaq istəyərkən ABŞ sülməramlıları 18 nəfər itki vermişdilər. Bill Klinton da şalvarından bərk-bərk yapışaraq, seçicilərə söz vermişdi ki, bir daha qələt edib, başqa ölkələrdəki daxili münaqişələrə qarışmayacaq.
Fransa isə hətta ingilisdilli tutsiləri qırmaları üçün fransızdilli hutilərə silah da vermişdi.
Nəticədə XX əsrin ən dəhşətli cinayətlərin birinə imkan yaradılmışdı.
Vüsal Məmmədov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azvision.az
archiveBu xəbər 18 Oktyabr 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri