Nobel ona halaldır!
Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
1994-cü ildə Ruandada hutilər tərəfindən həyata keçirilən soyqırımı zamanı tutsi qadınları dəhşətli miqyasda kütləvi zorlanmaya məruz qalmışdılar. 100 gün ərzində 250.000-500.000 min qız-qadın məqsədli şəkildə ailə üzvlərinin gözləri qarşısında zorlanmışdı.
Huti rəhbərliyi QİÇS daşıyıcı olan kişilərdən ibarət xüsusi hərbi dəstələr (AIDS squads) yaratmışdı. “İnterahamve” adlanan bu dəstələrin döyüşçüləri zorladıqları qadınları QİÇS-ə yoluxdururdular. Nəticədə, qətlə yetirilməyən qadınlar da “ləng ölüm”ün daşıyıcısına çevrilirdilər. On minlərlə uşaq da bu seksual zorakılığa məruz qalmışdı.
Bütün bunlar BMT-nin sülhməramlılarının gözü qarşısında, ABŞ və Fransanın susqun razılığı ilə baş vermişdi. Hər iki ölkə müdaxilə edə biləcəyi halda, bilərəkdən kənarda durmağı üstün tutmuşdu.
1998-ci ildə Ruanda soyqırımı ilə bağlı Beynəlxalq Tribunala rəhbərlik edən Navi Pilley müharibə zamanı qadınların zorlanmasının soyqırımı cinayəti kimi tanınmasına nail oldu. Buna qədər həmin cinayət sadəcə “əsgər özbaşınalığı” sayılırdı.
İkincisi, Ruanda hadisələri zamanı hutilər radionun imkanlarından geniş istifadə etmişdilər. Tribunalın gedişində xanım Pilley KİV-də hansısa etnik qrupa qarşı zorakılığa səsləməyin də soyqırım cinayəti kimi tanınmasına nail oldu.
Yaxşı, bəs Amerika və Fransa niyə bu dəhşətli cinayətin qarşısını almaq üçün heç nə etməmişdilər?
Çünki bir il əvvəl Somalidə daxili toqquşmaların qarşısını almaq istəyərkən ABŞ sülməramlıları 18 nəfər itki vermişdilər. Bill Klinton da şalvarından bərk-bərk yapışaraq, seçicilərə söz vermişdi ki, bir daha qələt edib, başqa ölkələrdəki daxili münaqişələrə qarışmayacaq.
Fransa isə hətta ingilisdilli tutsiləri qırmaları üçün fransızdilli hutilərə silah da vermişdi.
Nəticədə XX əsrin ən dəhşətli cinayətlərin birinə imkan yaradılmışdı.
Vüsal Məmmədov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Fizika üzrə Nobel mükafatı ona verildi
06 Oktyabr 2026 13:56
Başqaları Nobel alır, bizimkilər Nobel oteldə...
16 Noyabr 2024 20:23
Tramp ona Nobel mükafatının verilməməsini axmaqlıq sayır
07 Yanvar 2026 20:34
Norveç Nobel Komitəsi: Nobel Sülh Mükafatı bölüşdürülə bilməz
11 Yanvar 2026 15:23
Üstü mayonezli Nobel
31 Dekabr 2024 17:34
Baxış sayı:125
Bu xəbər 10 Oktyabr 2026 16:05 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları