Icma.az
close
up
RU
Nobel Sülh Mükafatı, “demokratiya” və Brejnevlə tarixi öpüş

Nobel Sülh Mükafatı, “demokratiya” və Brejnevlə tarixi öpüş

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın 100 yaşında vəfat edən keçmiş Prezidenti Cimmi Karter kim idi, yaddaşlarda necə qalıb?

ABŞ-ın 39-cu Prezidenti və Nobel Sülh Mükafatı laureatı Dimmi Karter 100 yaşında vəfat edib. Bu barədə “The Washington Post” məlumat yayıb. Məlumdur ki, Karter bu yaxınlarda dəri xərçənginin aqressiv forması ilə mübarizə aparırdı.

Karterlə bağlı maraqlı məlumatları təqdim edirik: Keçmiş Prezident vəzifəsini tərk etdikdən sonra qeyri-kommersiya hüquq müdafiə təşkilatı olan Karter Mərkəzini təsis edib. 2002-ci ildən isə Mərkəz aktiv fəaliyyət göstərmirdi. Karter siyasi xatirələr və poeziya da daxil olmaqla bir neçə kitab yazıb.

İyulun 23-də Karterin ölümü ilə bağlı internetdə saxta xəbərlər yayıldı. Amma bu, təkzib edildi.

Yaşayan ən yaşlı keçmiş Prezident oktyabrın 1-də 100 yaşını qeyd edib. O, 19 ay idi ki, melanomiyadan - xərçəngdən əziyyət çəkirdi.

Keçmiş Prezident "mən çox güclüyəm" dedi. Noyabrın 5-də keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisi dəstəklədiyini bəyan etdi.

Cimmi Krater 2019-cu ildə Corc H.V. Buşu (Böyük Buş) qabaqlayaraq, ən uzun müddət yaşayan Amerika dövlət başçısı olmaqla tarixə düşüb. Corc Buş 30 noyabr 2018-ci ildə 94 yaş 171 günlüyündə vəfat edib.

Karter siyasətə 1950-ci illərdə Demokratlar Partiyasına qoşularaq daxil olub. 1962-ci ildə Corciya Ştat Senatına seçilib və 1971-ci ildə ştatın qubernatoru olub. 1976-cı ildə prezident seçkilərində həmin vaxt respublikaçılardan Prezident olan Cerald Fordu üstələyərək qalib gəlib. Onun prezidentliyi ilk növbədə SSRİ qoşunlarının Əfqanıstana daxil olması ilə əlaqədar SSRİ ilə münasibətlərin nəzərəçarpacaq dərəcədə pisləşməsi ilə xarakterizə olunurdu. 1980-ci ildə Moskva Olimpiadasının boykot edilməsi təşəbbüsü ilə məhz Karter administrasiyası çıxış edib. Elə həmin il Karter seçkiləri Ronald Reyqana uduzub.

Karter siyasəti tərk edib və 1946-cı ildə evləndiyi həyat yoldaşı Rozalin ilə birlikdə Karter Mərkəzi xeyriyyə fondunu yaradıb. Onların üç oğlu və bir qızı doğulub.

2023-cü ilin fevral ayından o, doğulduğu Corciya ştatının Plains şəhərində hospisdə yaşayırdı.

Karter prezident kimi fəaliyyətə başladığı ilk gün amerikasayağı demokratiya ilə üzləşib. Belə ki, Karter Ağ Evin “Oval” kabinetinə Prezident kimi birinci dəfə daxil olanda xoşagəlməz qoxu hiss edib və təcili olaraq adminstrasiya rəhbərliyini çağırtdıraraq qoxunun səbəbini aydınlaşdırmağı xahiş edib. Məlum olub ki, Prezidentin otağından ölmüş siçovulun üfunətli iyi gəlir. Bundan əsəbləşən Karter vaxtında ölmüş siçovulun kabinetdən götürülməməsini adminstrasiya rəhbərliyinə irad tutanda çox qəribə bir cavabla rastlaşıb. Ağ Evin inzibatçıları bu işin onların səlahiyyəti daxilində olmadığını söyləyiblər və qeyd ediblər ki, bu məsələ ilə Daxili İşlər Nazirliyi məşğul olmalıdır. Çünki ölkədə ekoloji məsələlər, heyvanların mühafizəsi, qorunması, bu sahə ilə bağlı problemlər də məhz onların səlahiyyəti daxilindədir.

Təbii ki, bu cavabdan sonra Karter Daxili İşlər Nazirliyinin rəhbərliyini Ağ Evə dəvət edib. Məsələni onlara agah edəndə bu dəfə də qəribə cavab alıb. Nazirlik nümayəndələri bildiriblər ki, “biz Ağ Evin həyətindəki yaşıllıqlarda, bağlarda olan vəziyyətə cavabdehik, siçovul isə artıq içəridədir və ona adminstrasiya məsuliyyət daşıyır”.

Səbri tükənən Karter hər iki qurumun rəhbərliyinə tapşırıb ki, birgə bu məsələni təcili həll etsinlər. Adminstrasiya və nazirlik nümayəndələrindən ibarət komissiya yaradılıb və siçovulun prezident kabinetindən kənarlaşdırılması nəhayət ki, təmin olunub. Problem həll olunduqdan sonra Karter bu məsələyə bircə sözlə münasibət bildirib: “Demokratiya”.

Karterin siyasətində insan hüquqları məsələləri əsas yer tutub. O öz prezidentliyi dövründə İsrail ve Misir arasında müharibəyə son qoyan Kemp Devid müqaviləsinin imzalanmasına nail olması ilə yadda qalıb. Həmçinin Cimmi Karter tarixə Çin dövləti ilə diplomatik münasibətlərin bərpa olunması ilə düşüb.

Karter prezidentliyi dövründə SSRİ-nin Əfqanıstana ordu yeritməsini də sərt tənqid edib. O bununla bağlı Leonid İliç Brejnevə xəbərdarlıq edib ki, SSRİ tərəfindən hərbi əməliyyatların keçiriləcəyi təqdirdə Amerika silahlı qüvvələri bunu cavabsız qoymayacaq. Onu da qeyd edən ki, Karter Brejnevin “yağlı öpüşlərini” könüllü qəbul edən, ondan yayınmağa çox da cəhd göstərməyən siyasi liderlərdən biri olub.

Karterin ikinci müddət prezident seçilməməsinə əsas səbəblərdən biri həmin dövrdə İranı bürüyən siyasi dalğalar zamanı ABŞ-ın Tehrandakı səfirliyindən 53 nəfər amerikalının əsir götürülməsi olub. Karterin xüsusi tapşırığı ilə əsir düşmüş amerikalıların azad olunması üçün hərbi əməliyyat hazırlansa da, uğursuzluqla nəticələnib. Reyqanın seçkilərdə qələbəsindən dərhal sonra isə amerikalılar azad olunub. Bu hadisə Reyqanın siyasi reytinqini yüksəldib. Karterin siyasi karyerasına zərbə vuran digər səbəblərdən biri isə onun hakimiyyəti illərində neftin qiymətinin sıçrayışla yüksəlməsi olub ki, bunun da nəticəsində işsizlik və infilyasiya ən yuxarı həddə çatıb və 1979-cu ildə Amerika faktiki olaraq iqtisadi fəlakətin astanasında dayanıb.

Eks-prezident 28 kitabın müəllifidir. O, bir dəqiqədə 2000 söz oxumaq bacarığına malik siyasətçilərdən olub. 2002-ci ildə Cimmi Karter “Dünyadakı münaqişələrin sülh yolu ilə həlli üzrə səylərinə və insan haqları uğrunda mübarizəyə görə ”Nobel Sülh mükafatı”na layiq görülüb.

Cimmi Karterin prezidentliyi dövründə yaddaqalan hadisələrdən biri onun ABŞ-ın nüvə silahlarının kodu yazılmış kartı itirməsidir. Karter pencəyini kimyəvi təmizləməyə göndərəndə kartı onun cibindən götürməyi unudub. Nüvə silahının kodunun itirilməsi Amerika prezidentləri tərəfindən bir-neçə dəfə baş verib. Əgər Karterin itirdiyi kod kartı tez bir zamanda tapılıbsa, Klintonun itirdiyi kod ümumiyyətlə tapılmayıb və kodlar yenilənib.

Daha bir maraqlı və kütləvi informasiya vasitələrində geniş yer almış olaylardan biri isə Karterin balıq tutduğu vaxtda baş verən hadisə olub. Karter balıq tutan zaman böyük bir çöl dovşanı onun qayığına cumub. Prezident onu yalnız avarla uzaqlaşdıra bilib. Səhərisi gün “Karterə dovşan hücum edib” başlıqlı yazılar mətbuatda əsas mövzuya şevrilib. Bəzi siyasətçilər isə buna siyasi don geyindirərək, dovşanın Karterə hücumunu onun zəif prezident olması kimi qiymətləndiriblər.

Prezidentlik müddəti başa çatdıqdan sonra Cimmi Karter dünyanın bir çox dövlətlərinə səfər etməyə başlayıb. O öz siyasi fəaliyyətini dünyada baş verən hərbi münaqişələrin və siyasi problemlərin həllinə yönəldib.

Amerikalılar Karterin prezidentlik dövründən sonrakı siyasi fəaliyyətini prezident olduğu dövrdən daha çox qiymətləndirirlər. Sabiq Prezident isə ömrünün ahıl çağında da siyasi çəkişmələrin qurbanı olan insanlara kömək etməkdən yorulmadı. Özü deyirdi: “Əgər başqalarının bədbəxtliyinə laqeydsinizsə, onların taleyi sizdə iztirab hissi yaratmırsa, demək sizi insan adlandırmaq olmaz”.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden 39-cu Prezident Cimmi Karterin vəfatı ilə əlaqədar 9 yanvar 2025-ci il tarixini milli matəm günü elan edib. AYNA xəbər verir ki, onun bəyanatı Ağ Evin saytında dərc olunub.

“9 yanvar 2025-ci il tarixini Birləşmiş Ştatlarda Milli Matəm Günü kimi qeyd edirəm. Mən Amerika xalqını bu gün Prezident Ceyms Erl Karterin xatirəsini ehtiramla yad etmək üçün ibadət yerlərində toplaşmağa çağırıram. Mən kədərimizi bölüşən dünya insanlarını bu təntənəli tədbirdə bizə qoşulmağa dəvət edirəm", Bayden müraciətində bildirib.

Prezident həmçinin Ağ Evdə, ictimai binalarda, hərbi postlarda, dəniz stansiyalarında və dəniz gəmilərində ABŞ bayraqlarının 30 gün ərzində yarıya endirilməsini əmr edib. Bayraq Amerikanın xaricdəki səfirlikləri, konsulluqları və digər qurumlarında da yarıya qədər endiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://ayna.az
archiveBu xəbər 30 Dekabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see225

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see209

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see194

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see194

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see194

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see185

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see179

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see165

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see153

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see148

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see146

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see142

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see139

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see139

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see139

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see131

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see130

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri