Icma.az
close
up
RU
Nobelin satılmayan imzası, ölümdən qoruyan otaqlar “Zaman tuneli” olan Bakı kəndindən REPORTAJ

Nobelin satılmayan imzası, ölümdən qoruyan otaqlar “Zaman tuneli” olan Bakı kəndindən REPORTAJ

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Bakı şəhərinin qədim və zəngin tarixə malik yaşayış yerlərindən biri, Azərbaycanın mədəniyyət tarixində, həmçinin dünyada quruda neft sənayesinin ilk izlərinin görüldüyü Balaxanıya yollanırıq.

Ensiz küçələr, rəngarəng divarlar, nərd oynayan ağsaqqallar, fonda qaynayan samovar, küçədə gəzişən pişiklər, tarixin izlərini daşıyan abidələr və daha nələr-nələr...

Qarşımızda üzərinə “РЕТРОДОМ” yazılan, içərisində qədim əşyaların olduğu mağaza var. Burada sözün əsl mənasında Balaxanının tarixinə aid bir çox faktı görmək mümkündür, hətta Nobel qardaşlarının vaxtilə Marusiya adlı bir xanıma yazdıqları məktubu da...

Kolleksiyaçı İntiqam Quliyev deyir ki, onun kolleksiyaları arasında Balaxanının tarixinə aid çox şey var: “Burada rəssam Səttar Bəhlulzadənin 50 illik yubileyi ilə bağlı tələbələrinin təbrik məktubu, 1916-cı ilə aid Balaxanı Qızlar Məktəbinin attestatı var. Bunları yerli camaatdan əldə etmişəm. Kolleksiyaları satın almaq istəyən xarici vətəndaşlar da olub, amma satmamışam. Çünki düşünmüşəm ki, bunlar Balaxanının tarixidir və Azərbaycanda qalmalıdır”.

Yenidənqurma və bərpa işləri aparılsa da, Bakı şəhərinin Sabunçu rayonunun Balaxanı qəsəbəsi hələ də öz qədimliyini qoruyub saxlayır. Burada 1912-ci ildə tikilmiş yaşayış evi həmin evin sahibi Durmuşəli Mayılova babalarından miras qalıb. O deyir ki, evin tikilmə tarixi qədim olduğu üçün Balaxanıya gələn ziyarətçilərin çoxu bura baş çəkir. Bu maraq və ata-baba yadigarı olduğu üçün evi söküb yenidən tikməyi heç vaxt düşünməyib .

Balaxanını qarış-qarış gəzərkən sakinlər deyir ki, burada 1941-1945-ci illərdə - İkinci Dünya Müharibəsi dövründə istifadə olunmuş sığınacaq var və həmin sığınacaq hələ də qalır. Bunu eşidər-eşitməz yollanırıq sığınacağın olduğu yerə.

Oranın giriş qapısı vaxtilə açıq olsa da, indi qıfıllanıb və yararsız haldadır.

Beləliklə, bugünkü Balaxanı həm tarixi irsi qorumağa, həm də müasirliklə ayaqlaşmağa çalışır. Son illərdə burada aparılan geniş abadlıq işləri nəticəsində qəsəbənin küçələri təmizlənib, köhnə evlər bərpa olunub. Balaxanı indi həm turistlərin, həm də tarixsevərlərin marağını cəlb edir.

Balaxanı sadəcə bir yaşayış məkanı deyil, həm də Azərbaycanın tarixini, mədəniyyətini və iqtisadi irsini özündə birləşdirən unikal bir yerdir. Keçmiş və gələcəyin harmoniyasını hiss etmək istəyənlər, bir dəfə də olsa, buraya baş çəkməlidirlər.

Daha ətraflı videoreportajda: https://www.youtube.com/watch?v=a_PrKL2WS5g

Video: Vüqar Xanlarov

Montaj: Bəşir Əli

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://report.az
archiveBu xəbər 04 Dekabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see249

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see177

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see129

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see125

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see124

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri