Icma.az
close
up
RU
Nobelin satılmayan imzası, ölümdən qoruyan otaqlar Sənayenin ayaq açdığı Bakı kəndindən REPORTAJ

Nobelin satılmayan imzası, ölümdən qoruyan otaqlar Sənayenin ayaq açdığı Bakı kəndindən REPORTAJ

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı şəhərinin qədim və zəngin tarixə malik yaşayış yerlərindən biri, Azərbaycanın mədəniyyət tarixində, həmçinin dünyada quruda neft sənayesinin ilk izlərinin görüldüyü Balaxanıya yollanırıq.

Ensiz küçələr, rəngarəng divarlar, nərd oynayan ağsaqqallar, fonda qaynayan samovar, küçədə gəzişən pişiklər, tarixin izlərini daşıyan abidələr və daha nələr-nələr...

Qarşımızda üzərinə "РЕТРОДОМ" yazılan, içərisində qədim əşyaların olduğu mağaza var. Burada sözün əsl mənasında Balaxanının tarixinə aid bir çox faktı görmək mümkündür, hətta Nobel qardaşlarının vaxtilə Marusya adlı bir xanıma yazdıqları məktubu da...

Kolleksiyaçı İntiqam Quliyev deyir ki, əşyalar arasında Balaxanının tarixinə aid çox şey var:

"Burada rəssam Səttar Bəhlulzadənin 50 illik yubileyi ilə bağlı tələbələrinin təbrik məktubu, 1916-cı ilə aid Balaxanı Qızlar Məktəbinin attestatı var. Bunları yerli camaatdan əldə etmişəm. Kolleksiyaları satın almaq istəyən xarici vətəndaşlar da olub, amma satmamışam. Çünki düşünmüşəm ki, bunlar Balaxanının tarixidir və Azərbaycanda qalmalıdır".

Yenidənqurma və bərpa işləri aparılsa da, Bakı şəhərinin Sabunçu rayonunun Balaxanı qəsəbəsi hələ də öz qədimliyini qoruyub-saxlayır. Burada 1912-ci ildə tikilmiş yaşayış evi Durmuşəli Mayılova babalarından miras qalıb. O deyir ki, evin tikilmə tarixi qədim olduğu üçün Balaxanıya gələn ziyarətçilərin çoxu buraya baş çəkir. Bu maraq və ata-baba yadigarı olduğu üçün evi söküb yenidən tikməyi heç vaxt düşünməyib.

Balaxanını qarış-qarış gəzərkən sakinlərdən öyrənirik ki, burada 1941-45-ci illərdə - İkinci Dünya müharibəsi dövründə istifadə olunmuş sığınacaq var. Bunu eşidər-eşitməz yollanırıq sığınacağın olduğu yerə.

Oranın giriş qapısı vaxtilə açıq olsa da, indi dəmirlə əvəzlənib, qıfıllanıb. Qapını açdırıb qısa ekskursiya edirik. Quruca divarları qalan, qaranlıq, soyuq, döşəməsi su içində olan sığınacağın vahiməsini Balaxanının güllü-çiçəkli küçələrində gəzinti ilə çıxarırıq.

Beləliklə, bugünkü Balaxanı həm tarixi irsi qorumağa, həm də müasirliklə ayaqlaşmağa çalışır. Son illərdə burada aparılan geniş abadlıq işləri nəticəsində qəsəbənin küçələri təmizlənib, köhnə evlər bərpa olunub. Balaxanı indi həm turistlərin, həm də tarixsevərlərin marağını cəlb edir.

Balaxanı sadəcə bir yaşayış məkanı deyil, həm də Azərbaycanın tarixini, mədəniyyətini və iqtisadi irsini özündə birləşdirən unikal bir yerdir. Keçmiş və gələcəyin harmoniyasını hiss etmək istəyənlər, bir dəfə də olsa, buraya baş çəkməlidirlər.

Daha ətraflı videoreportajda:

Nobelin satılmayan imzası, ölümdən qoruyan otaqlar - Sənayenin ayaq açdığı Bakı kəndindən REPORTAJ

"Report" İnformasiya Agentliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Dekabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri