Nofəl Süleymanovun qardaşı faciəvi şəkildə öldü
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ağcabədidə 24 yaşlı Vəli Süleymanov qəsəbədə elektrik işləri apararkən cərəyan vurması nəticəsində vəfat edib.
Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, faciəvi şəkildə həlak olan gənc məşhur mərhum gitara ifaçısı Nofəl Süleymanovun ögey qardaşıdır.
Xatırladaq ki, Nofəl Süleymanov bir neçə il əvvəl ailə faciəsi nəticəsində həyatını itirib. Belə ki, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanovun adına qeydiyyatda olan ov tüfənginin patronlarını boşaldarkən ehtiyatsızlıqdan atəş açılıb. Açılan atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan Nofəl Süleymanovun kürək nahiyəsinə dəyib. O, aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 29 İyun 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















