Şəhidin qardaşı faciəvi şəkildə öldü Foto
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, dəm qazından boğulan Məzahir Məcdunovun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu məlum olub.
Qeyd edək ki, dəm qazından boğulan Məzahir Məcdunov sahibkar imiş. Onun Sumqayıt şəhəri, Yaşma bağları massivində fermer təsərrüfatı olub. O, fermaya heyvanlara baxmağa gəlib və axşam çobanların yanında qalıb. Səhər saatlarında fermer təsərrüfatının həyətindəki hamamda yuyunan Məzahir dəm qazından boğulub. Onun meyitini çobanlar hamamda aşkarlayıblar
Xatırladaq ki, Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-ci il oktyabrın 2-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 12 Oktyabr 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















