Icma.az
close
up
RU
Nömrəmizə qısa nömrələrdən edilən zənglər təhlükəlidir? AÇIQLAMA FOTO

Nömrəmizə qısa nömrələrdən edilən zənglər təhlükəlidir? AÇIQLAMA FOTO

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda son günlər ərzində sosial şəbəkələrdə "9990" və "7770" nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə iddialar yayılıb. Belə zənglər hansı təhlükələrə səbəb ola bilər?

Mövzu ilə bağlı Trend-ə açıqlamasında İT üzrə mütəxəssis Bəhruz Əliyev bildirib ki, bu tipli qısa nömrələrdən gələn zənglər real operator və banklara aid olmur.

"Bu, zəng edilən nömrələrin saxtalaşdırılması kimi adlanan texnika ilə edilir. Belə zənglər İP və internet üzərindən işləyən saxta telefon sistemləri vasitəsilə həyata keçirilir. Dələduzlar internetdə ucuz qiymətə telefon xidməti alırlar və bundan sonra istədikləri nömrəni sizin ekranınızda göstərmək imkanları olur".

B.Əliyev qeyd edib ki, bu tipli zənglər əsasən xarici ölkələrdən edilir.

Həmin zənglərin məqsədi müxtəlif olur. Bank hesablarını ələ keçirmək, sosial media hesablarının oğurlamaq, şəxsin haqqında məlumat toplamaq kimi məqsədlər üçün edilir. Lakin belə cəhdlər birbaşa nömrəylə əlaqə saxlayaraq reallaşmır. Növbəti mərhələdə onlardan bizə sms kod gələ bilər ki, bununla yanlış istiqamətlənərək maddi, mənəvi zərərə uğraya bilərik.

Mütəxəssisin fikrincə, bu cür nömrələrdən gələn zəngin cavablanması ilk cəddə hərhansı risk doğurmur:

" Zəng edənlər ilk olaraq nömrənin aktiv olub-olmadığını yoxlayırlar. Bundan sonra nömrəmizə "fishing" məqəsədli zənglər, mesajlar, linklər gələ bilər. Bu tipli nömrələrə cavab verməmək tövsiyə edilir. Belə zənglər gəldikdə mobil operatora məlumat verilməlidir ki, müvafiq tədbir görülsün".

B.Əliyev vurğulayıb ki, telefonlarda əməliyyat sistemlərini daimi olaraq yeniləyib ən son versiyanı aktivləşdirmək lazımdır.

"Banklar və dövlət qurumlarının hansısa zənglə bizdən məlumat öyrənməyə ehtiyacının olmadığını unutmamalıyıq",-deyə o, əlavə edib.

Qeyd edək ki, DİN hazırda "9990" və "7770" nömrələrindən gələn zənglərlə bağlı iddiaları araşdırır.

Qurumdan açıqlanıb ki, ilkin araşdırmalar zamanı bank kartlarına müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı fakt aşkarlanmayıb.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Noyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri