Icma.az
close
up
RU
Pirotexniki vasitələr təhlükəlidir AÇIQLAMA

Pirotexniki vasitələr təhlükəlidir AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda pirotexniki vasitələrin satışı qadağan olunsa da, hər il Yeni il bayramı öncəsi müxtəlif yerlərdə bunun satışının həyata keçirildiyini müşahidə edirik. Baxmayaraq ki, bu partlayıcı məmulatlar həm insan sağlamlığına, həm də ətraf mühitə ciddi zərərlər verə bilər, lakin əsasən Çin istehsalı olan bu vasitələr hansısa yolla ölkəmizə daxil olur və onu alıb istifadə edənlər də az deyil. Bunu bayram axşamı hər yerdən gələn partlayış səsləri də sübut edir. 

Bəs pirotexniki vasitələrin ölkədə satışına nəzarət necə həyata keçirilir?

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Redaktor.az-a bildirdi ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil etmək qadağandır:

"Pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib və onun dövriyyəsinə müvafiq dövlət qurumu tərəfindən verilən “xüsusi icazə” əsasında yol verilir. Pirotexniki məmulatların satışı aşkar olunarkən həmin vasitələr satışdan çıxarılır, satışı ilə məşğul şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana - məhkəmələrə göndərilir".

Mövzu ilə əlaqədar texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev də qeyd etdi ki, pirotexniki məmulatlar xüsusi kateqoriyalara bölünür və həmin kateqoriyalar pirotexniki məmulatların yayılma radiusuna uyğun olaraq tənzimlənir:

"Daha az yayılma radiusuna uyğun pirotexniki məmulatların satışı icazə əsasında həyata keçirilə bilər. İcazə əsasında satılan pirotexniki məmulatların isə mütləq sertifikatı olmalıdır. Yəni bu satışı həyata keçirən şəxslərin aidiyyəti dövlət orqanlarından icazələri olmalıdır. Pirotexniki məmulatların üzərində istehsalçı barədə məlumatlar, aid olduğu kateqoriya, istifadə qaydaları, istifadə müddəti və istifadə ilə bağlı təlimatlar öz əksini tapmalıdır. Məhsulun sertifikatı mütləq üzərində nömrə ilə göstərilməlidir".

Ekspertin sözlərinə görə, belə vasitələrdən yaşayış binalarının yaxınlığında, əsasən də insanların çox toplaşdığı yerlərdə istifadəyə yol verilməməlidir:

"Çünki yanğın riski və insanlara xəsarət yetirmə ehtimalı yüksəkdir. Kustar üsulla düzəldilmiş pirotexniki məmulatların istifadəsi yolverilməzdir. Pirotexniki vasitələrdən istifadə edərkən mütləq tam təhlükəsiz bir məkan seçilməli, sonra isə təlimatlara əməl edilməlidir. Yeni il ərəfəsində hər kəs balkonlara çıxıb pirotexniki vasitələrdən istifadə edir. Ancaq qaydaların tələblərinə görə balkonlardan bu cür vasitələrdən istifadə qadağandır. Çünki ətrafa çox ciddi təhlükə aşılayır. Bundan əlavə olaraq 16 yaşına qədər uşaqların pirotexniki vasitələrdən istifadə etmələrinə qətiyyən yol verilməməlidir. Bununla bağlı mütləq valideyn nəzarəti olmalı və uşaqlar məlumatlandırılmalıdır”.

Qeyd edək ki, ətraf mühitə və sağlamlığa mənfi təsirləri azaltmaq üçün lazer şouları və ya dron nümayişləri kimi alternativ əyləncə vasitələrindən də istifadə etmək olar.

Sevinc İBRAHİMZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Dekabr 2024 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri