Normal beyinə malik olan insanlar ədalətsizliyi yox, ədaləti müdafiə etməlidirlər
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Sentyabrın 27-si şərəf lövhəmizə qürur və fəxarətlə həkk olundu. Artıq biz nə qədər ağır olsa da, uzun müddət o faciələri, qaranlıq və sabahı olmayan gecələri yaşamışdıq. Lakin 44 gün ərzində biz qəlblərdə daim yanan, heç vaxt sönməyən azadlıq və istiqlal məşəlini alovlandırdıq. Bu məşəl təkcə ölkəmizdə deyil, dünyada ədalətsizliyə qarşı bir dönüş nöqtəsinə çevrildi. Bu dönüş Azərbaycan xalqının birliyi, ordumuzun Vətən sevgisi və Ali Baş Komandan, cənab Prezidentin rəhbərliyi ilə əldə olundu. Bu gün hələ də bu ədalət zəfərini və onun möhürünü qəbul etməyən, onun bərpasından narahat olan qüvvələr mövcuddur və gələcəkdə də olacaqdır. Əslində,onlar beyinsizlər ordusu kimi xarakterizə olunur. Çünki normal beyinə malik olan insanlar ədalətsizliyi yox, ədaləti müdafiə etməlidirlər. Bu insanların beyin yarımkürələri işləmir, onlar iki yarımkürəli yox, bir beyin yarımkürəsinə malikdirlər. Neyroelmdə öz dövlətinin uğuruna sevinməyən insanların xarakteristikası mövcuddur. Nə sol, nə sağ beyin yarımkürəsinə malik olmayanlar “beyinsizlər” adlanır. Sadəcə olaraq fərq ondadır ki, Azərbaycanın daxilində olanlar isə həmin “beyinsizlər ordusu”nun muzdlu əsgərləridir. Tibb və nevropsixologiya göstərir ki, insan beyni kompleks və inteqrativ işləyir. Nevrobiologiyada məlumdur ki, insan beyinləri arasında koordinasiya pozulanda “beyinsizlik” əmələ gəlir. Bunların koordinasiyası pozulub. Nə xoş ki, xalqımız bunları qəbul etməyib. Xalqımız qətiyyətin, müdrikliyin, böyük düşüncənin və ədalətin yanındadır, çünki inkişaf həmişə zəfər gətirir.
Bu mövzuda digər xəbərlər:ZAMAN YETİŞİR: Zəngəzur ədalətsizliyi ortadan qalxacaq
30 May 2025 14:08
Bayden komandasının ədalətsizliyi və Trampdan gözlənti...
12 Fevral 2025 12:57
Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir
12 İyun 2025 14:35
Səriştəsizlik ədaləti boğur
15 Oktyabr 2025 20:18
İlahə ədaləti qoruyacaq
18 Noyabr 2025 15:20
Baxış sayı:149
Bu xəbər 29 Aprel 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















