Normal bir adambalası tapdınızsa, onunla ailə qurun Deputatdan gənclərə ÇAĞIRIŞ
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bu gün aparılan yanlış təbliğatın nəticəsidir ki, gənclərin bir hissəsi ailənin dəyərini anlamır".
Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov öz sosial şəbəkəsindəki canlı yayım zamanı bildirdi.
O nəzərə çatdırdı ki, ailə bir yuvadır, ailə bir müqəddəs məfhumdur:
"Ailə sizin qalanızdır, sizin sığındığınız bir yerdir. Yəni hər bir insanın ailəyə ehtiyacı var. Ola bilsin ki, gənc yaşında, müəyyən bir dövrdə siz bunu hiss etməyəsiniz, amma bu mənada ailə önəmlidir. Azərbaycanda artıq bu ildən etibarən əhalinin cüzi azalması prosesi gedir. Niyə? Gənclərin bir hissəsi ailə qurmaq istəmir. Hə, səbəb nədir? “Mən məsuliyyət götürmək istəmirəm üzərimə”, qız oğlana min şərt qoyur, oğlan qıza min şərt qoyur, bəzən də nəticədə ailə qurmaq daha da çətinləşir".
Millət vəkili hesab edir ki, ideal insan yoxdur:
"İdeal insan tapmayacaqsınız. Normal bir adambalası tapdınızsa, onunla ailə qurun və bir-birinizə güzəştə getməyə çalışın. Artıq o dövr keçib, yəni ideal və sair".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 06 Fevral 2026 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















