Icma.az
close
up
RU
Deputatdan süni intellektlə bağlı ÇAĞIRIŞ

Deputatdan süni intellektlə bağlı ÇAĞIRIŞ

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Biz çağdaş dövrün çağırışlarına uyğun olaraq bir sıra qanunlarda əsaslı və sərt dəyişikliklər etməliyik.

Modern.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Sahib Alıyev bildirib. 

"Əsaslı dəyişiklik deyərəkən informasiya təhlükəsizliyimizə artan  təhdidlər fonunda bununla bağlı edilməsi gərəkənləri, sərt dəyişikliklər deyərkən ekologiyanın qorunması haqda qanunu nəzərdə tuturam. Yaxın perspektivdə də yox, ən yaxın perspektivdə biz  süni intellektlə bağlı qanun hazırlayaraq təsdiqləməliyik. Ötən gün bir siyahıya nəzər saldım, neyroşəbəkə artıq 40-a yaxın peşə sahiblərini 40 faizdən 70 faizədək əvəz edə bilir ki, onların da xeylisi yeni sahələr sayılırlar. Hətta yaradıcı adamları, məsələn yazıçı və rəssamları da  süni intellekt maliyyə analitikini, yaxud da mühəndis texnoloqu əvəzləyə biləcəyi səviyyədə əvəzləyir. Yəni söhbət 60 faizin üzərindəki bir göstəricidən gedir. Araşdırmalar göstərir ki, süni intellekt məsələn, xərçəng xəstəliyinin diaqnozunu 95 faiz dəqiqliklə təyin edə bilir. Bu, indinin reallığıdır, beş il sonra bu əvəzlənmənin əksər sahələrdə yüz faizə çatacağı və süni intellektin insanı tam əvəzləyəcəyi çoxlu yeni sahələrin meydana çıxacağı proqnozlaşdırılır”.

Deputat qeyd edib ki, Cənubi  Koreyanın süni intellektlə bağlı təcrübəsi göstərir ki, gözləmək lazım deyil, sadəcə qanunvericilik planı məhz bu reallıq nəzərə alınmaqla qurulmalıdır. Süni intellekt haqda qanunun gələn ilin yanvarında qüvvəyə minəcəyi bu ölkədə onun 3 illik dövrlərlə ardıcıl yenilənəcəyini də indidən bəlli edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Sentyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1019

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see509

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see411

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see318

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see316

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see290

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see253

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see223

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see215

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see211

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see186

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri